Sizin reklam burada

Futzal Federasiyası üç turniri dayandırdı

Baxış Sayı:412

Futzal Federasiyası üç turniri dayandırdı
Koronavirus üzündən dayandırılan Azərbaycan premyer-liqası, birinci divizion, gənclər liqası və digər çempionatların taleyinə aydınlıq gətirilsə də, futzalla bağlı yekun qərar verilməmişdi. Yüksək, birinci və ikinci liqalar, eyni zamanda ölkə kubokunun aqibəti məlum deyildi. Daha əvvəl AFFA-nın keçirdiyi iclaslarda da futzalla bağlı müzakirələrə rast gəlməmişdik.
Nəhayət, dünən bununla bağlı Futzal Federasiyasının iclası keçirilib. Pandemiya ilə əlaqədar martda yarımçıq dayandırılan turnirlərlə bağlı müzakirələr aparılıb və aşağıdakı qərarlar qəbul olunub:
1. Birinci və ikinci liqalarda, həmçinin Azərbaycan kubokunda 2019/20 mövsümü başa çatdırılsın. Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq “Ajax Baku” və NTD qalib elan olunsun.
2. Yüksək liqa ilə bağlı məsələyə koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.
Məsələ ilə bağlı Futzal Federasiyasından mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxladıq: “Futzal Federasiyasının keçirdiyi son iclasda birinci və ikinci liqalarda mövsümün başa çatdırılması, turnir cədvəlinin hazırkı liderlərinin qalib elan olunmasına qərar verildi. Yüksək liqa ilə bağlı Operativ Qərargahın növbəti qərarına uyğun qərar veriləcək. Ölkə kuboku üzrə mövsüm də ləğv olundu. Bir sözlə, hər şeyə yaxıb günlərdə aydınlıq gələcək”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR