Sizin reklam burada

Yunuszadənin komandası elitayla vidalaşdı

Baxış Sayı:266


Çexiya çempionatının 2-ci divizionunda 20-ci turun oyunları keçirilib. Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geydiyi “Viktoriya” (Jijkov) səfərdə “Varnsdorf”a 4:0 hesabıyla qalib gəlib. Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. 34-cü dəqiqəqə isə sarı vərəqə ilə də cəzalanıb. Əvəzedici komandanın üzvü olan Samir bu görüşün iştirakçısı olmayıb. “Viktoriya” 35 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Bosniya və Hersoqovinada isə mövsüm koronavirus pandemiyasına görə yarımçıq dayandırılıb. Bu barədə ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb. Turnir cədvəlində 45 xalla lider olan “Sarayevo” çempion elan edilib. “Çelik” və “Zvezda” klubları isə elitayla vidalaşıb. Qeyd edək ki, “Çelik”də Elvin Yunuszadə çıxış edirdi. Onun komandası 17 xalla 11-ci idi. Yeni mövsümə avqustun əvvəlində start veriləcək.
Dmitri Nazarovun 2-ci bundesliqanın 29-cu turunda, “Ertsgebirge”nin heyətində “Heydenheym”lə səfər matçında meydana çıxmamasının səbəbi açıqlanıb. Baş məşqçi Dirk Şuster komandasının aparıcı oyunçusunu yüklənməmək üçün bu addımı atdığını söyləyib. Alman mütəxəssis Nazarovla yanaşı, əsas heyətin daha üç üzvünə istirahət verdiyini, onların növbəti turda meydana çıxacaqlarını deyib. “Ertsgebirge” növbəti oyununu iyunun 7-də evdə “Karlsrue”yə qarşı keçirəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR