Sizin reklam burada

TFF rəsmisindən “Turan kuboku” təklifi

Baxış Sayı:297

TFF rəsmisindən “Turan kuboku” təklifi
Türkdilli ölkələrin komandaları arasında yeni futbol turniri təşkil oluna bilər. Bu təkliflə Türkiyə Futbol Federasiyasının (TFF) xarici əlaqələr komitəsinin üzvü Gürkan Teoman çıxış edib. Türk birliyi mövzusunda araşdırmaları ilə tanınan TFF rəsmisi türkdilli ölkələrin klublarının “Turan kuboku” adı altında birləşməsini təklif edib: “Bunun ölkələr arasındakı münasibətə də müsbət təsiri olacaq. Həmçinin klublar əməkdaşlığı gücləndirər, öz aralarında fikir mübadiləsi aparar, həkimlər hansısa zədə zamanı məsləhətləşər, hətta futbolçu transferləri də asanlaşar”.
Teomanın fikrincə, “Turan kuboku” klublara teleyayın və reklam gəlirləri qazandıracaq. Daxili çempionatların təqviminə təsir etməyəcək bir proqram hazırlamağın tərəfdarı olan TFF rəsmisi eyni zamanda komandaların türkdilli vətəndaşlığı olan futbolçularının bu yarışda legioner sayılmamasının tərəfdarı olduğunu söyləyib: “Bunun sayəsində bu ölkələrin klubları öz aralarında rahat transferlər edə biləcəklər”.
Bu ideyanın həyata keçirilməsi yönündə artıq ilk addım da atılıb. Teomanın sözlərinə görə, bununla bağlı heyət formalaşdırılıb. İdeya gerçəkləşərsə, yarışda Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və başqa türkdilli ölkələrin təmsilçilərinin iştirakı planlaşdırılır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR