Sizin reklam burada

Syomin Obradoviçi şoka salıb

Baxış Sayı:273


“Bir dəfə mənimlə oturdu, araq içdik”
U-21 yığmamızın baş məşqçisi Milan Obradoviç vaxtilə rəhbərliyi altında oynadığı Yuri Syomin haqda danışıb. 2001-03-cü illərdə Moskva “Lokomotiv”ində çıxış edən 43 yaşlı mütəxəssis Syominin sərt məşqçilik metodundan bəhs edib. O, 2013/14 mövsümündə “Qəbələ”ni də çalışdıran 73 yaşlı məşqçinin məşqlər zamanı əsəbi olduğunu bildirib: “Onun keçdiyi təlim-məşq toplanışında o qədər qaçırdıq ki, futbolçular qusurdular. Syomin çox hirslənirdi, çantaları təpikləyirdi. Qışqırırdı, ağzından tüpürcək çıxırdı. Onun üçün məkan fərqi yox idi: paltardəyişmə otağında da, meydanda da, meydana girməzdən əvvəl dəhlizdə də, avtobusda da qışqırırdı. Onun komandasına gələndə gənc və qürurlu idim. Syominin metodu məni şoka salmışdı. Ancaq məşqçi olandan sonra onu başa düşdüm. Çox emosional insan idi və bilirdi ki, yalnız bu yolla komandanı qələbəyə, çempionluğa kökləyə bilər”.
Serb mütəxəssis Syominlə səmimi söhbətinin detallarını açıqlayıb: “2002-ci ildə qazanılan çempionluqdan sonra yaxşı içdik, Syomin mənimlə açıq danışdı. Əvvəllər kafedə onunla oturmurdum. Rəhbərliyi altında məşq edir, sonra idman zalında çalışır, yemək yeyib, ordan ayrılırdım. Yaxından əlaqəmiz olmamışdı. Bir dəfə mənimlə oturdu, araq içdik. Mənə dedi ki, niyə həmişə bacardığın kimi yaxşı oynamırsan? Mən isə söylədim ki, siz niyə həmişə mənim üstümə qışqırırsız?”
Qeyd edək ki, “Lokomotiv” bir neçə gün öncə Yuri Syominlə yolları ayıraraq, baş məşqçi postunu Marko Nikoliçə həvalə edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR