Sizin reklam burada

Birinci divizion və Gənclər Liqası da erkən başa çatdı

Baxış Sayı:312


Xüsusi karantin rejimi nəzərə alınaraq, dünən AFFA-nın İcraiyyə Komitəsini üzvlərindən telefon zəngi vasitəsilə birinci divizion, Gənclər Liqası və başqa məsələlər barədə münasibət öyrənilib. AFFA-nın sytında yerləşdirilən xəbərə əsasən, geniş müzakirələrdən sonra səs çoxluğu ilə aşağıdakı qərarlar qəbul olunub:
1. Birinci divizionda çıxış edən klubların müxtəlif regionları təmsil etməsi, yay mövsümü ilə əlaqədar oyunların axşam saatlarında keçirilməsi zərurətinin yaranması və bəzi stadionlarda infrastrukturun (işıqlandırma sisteminin) müvafiq tələblərə cavab verməməsi, iştirakçı klublarla aparılan müzakirələr nəzərə alınaraq, birinci divizionda mövsüm dayandırılsın, hazırkı turnir cədvəlinə uyğun qalib (Turan Tovuz) elan olunsun.
2. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar təxirə salınan Gənclər Liqasında oyunların keçirildiyi stadionlarda infrastruktur amilləri nəzərə alınaraq, mövsüm dayandırılsın, hazırkı turnir cədvəlinə əsasən qalib (Qəbələ) elan olunsun.
3. Premyer-liqada və Azərbaycan kuboku uğrunda yarışda oyun ərzində 5 əvəzetməyə icazə verilməsi təsdiqlənsin (FIFA-nın tətbiq etdiyi yeni qaydalara uyğun olaraq).
4. Premyer-liqa oyunlarının bərpasından 48 saat əvvəl klubların məşqçi və futbolçu heyəti COVİD-19 testindən keçirilsin.
Qeyd: premyer-liqa, birinci divizion və Gənclər Liqası ilə bağlı məsələlər müvafiq klublarla da müzakirə olunub və klublar tərəfindən müsbət münasibət bildirilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR