Sizin reklam burada

7 klub koronavirusa görə ikinci dəfə xərcə düşəcək

Baxış Sayı:286


Klublar Komitəsinin son toplantısında bu gündən (dünəndən) məşqlərə başalayan premyer-liqa təmsilçisilərinin üzvlərinin yenidən koronavirus testindən keçmələri ilə bağlı məsələ müzakirə olunub. AFFA rəhbərliyinin tövsiyəsi elita klublarının rəhbərliyi tərəfindən anlayışla qəbul olunub. Baxmayaraq ki, mayın 15-i və 16-da “Qəbələ” istisna olmaqla, güclülər dəstəsində çıxış edən komandalardan 7-si pandemiya ilə bağlı həkim müayinəsindən keçmişdi. Onu da xatırladaq ki, həmin vaxt assosiasiya tərəfindən COVİD-19 testindən keçmək üçün 5 min manat vəsait ayrılmışdı.
Bəs görəsən, təkrar testlərin xərcini kim ödəyəcək? Klublar, yoxsa AFFA? Bu suala aydınlıq gətirmək üçün qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Firuz bəyin cavabı qısa oldu: “Bildiyim qədər təkrar testin ödənişini hər klub özü edəcək”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR