Vaqif Sadıqov: “Divizion klublarını nəzarətdə saxlamaq çətindi, risklər daha çoxdu”
AFFA-nın Klublar Komitəsinin son iclasında premyer-liqa və ölkə kubokunun iyunun 21-də canlanacağı elan olundu. Qərara əsasən komandalar iyunun 1-dən məşqlərə start verdi. Sözügedən iki turnirin aqibəti müəyyənləşsə də, birinci divizion, Gənclər Liqası və futzal turnirləri ilə bağlı yekun qərar açıqlanmadı. Bir çoxlarının fikrincə, bu turnirlərdə cari mövsüm ləğv ediləcək. Bu və başqa məsələlər ilə bağlı AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovla danışdıq.
- Premyer-liqanın taleyi müəyyənləşsə də, birinci divizion və U-19 liqası ilə bağlı yekun qərar verilmədi. Bu çempionatların aqibəti necə oalcaq?
- Bu liqalarla bağlı müzakirələr gedir. Premyer-liqa bərpa olunsa da, xeyli problemlərlə üzləşə bilərik, bunu başa düşürük. Bunu nəzərə alaraq, birinci divizion və U-19 ilə bağlı açıqlama vermirik. Hələ ki müzakirələr gedir, baxaq görək necə olacaq.
- Futzal çempionatının da taleyi qaranlıq qalıb.
- Açığı, gərək futzal öz təklifini irəli sürsün, ondan sonra müzakirə edib, qərar verək. Bunlar hamısı bir-birinə bağlı olan məsələlərdi. Bir məqamı yaddan çıxarmayaq ki, premyer-liqa klublarının əksəriyyəti Bakıdadı. Birinci divizion klublarının isə əksəriyyəti bölgələrdədi. Gediş-gəliş, komandaları testdən keçirmək, ümumiyyətlə, bu komandaları nəzarətdə saxlamaq çətindi, risklər daha çoxdu. Biz premyer-liqada da çəkinirik ki, risklər çox ola bilər. Birinci divizionda isə risk dəfələrlə çoxdu. Buna görə də qərar verməyə tələsmirik. Futzalda isə bilirsiz ki, idman zallarında məşqlər üçün yalnız yığmalara icazə verildi. Bu üzdən hələ ki futzal məsələsində ciddi müzakirələrə yol vermirik. Hazırda ancaq premyer-liqa və onun bərpası ilə məşğuluq. Əsas çempionatda riskləri minimuma salıb, təhlükələrdən qaçmaq üçün əlimizdən gələni edirik.
- İcraiyyə Komitəsinin iclası nəzərdə tutulurdu. İclasın vaxtı və nəzərdə tutulan əsas məsələlər bəllidi?
- Düşünürəm ki, bu yaxınlarda keçirilməlidi, çempionat ərəfəsində bu iclas baş tutmalıdı. Çempionatın bərpası, vaxtı nəzərdə tutulubsa, İcraiyyə Komitəsi bunu təsdiq etməlidi. Çempionat ayın 21-də başlayacaq, düşünürəm ki, bu tarixə qədər iclas olmalı, liqayla bağlı müzakirələr aparılmalıdı. Onlayn, video-konfrans şəklində keçirilməlidi.
- Bayaq premyer-liqayla bağlı mümkün risklərdən danışdız. Çempionatın bərpası, təşkili ilə bağlı hansı problemlərlə qarşılaşa bilərik?
- Hər şeyi nəzərə alaraq, bütün futbolçuların, məşqçilərin testdən keçirilməsi tapşırığı verilib. Bu testlərdə kiminsə nəticəsi pozitiv çıxsa, bundan sonra nə olacaq? Biz bunu da fikirləşməli, nəzərə almalıyıq. Komandalardan tələbimiz odu ki, məşqlərdə də, oyunlar zamanı da sanitar-gigiyena qaydalarına əməl etsinlər. Hansısa problemlə üzləşməmək üçün bu vacibdi.
AYGÜL
P.S. Müsahibə İcraiyyə Komitəsinin dünənki qərarlarından öncə götürülüb.

Son xəbərlər

Zaniolo "Tottenhem"ə keçmədi

Dadaşovun bərabərlik qolu - VİDEO

Renat Dadaşov komandasını məğlubiyyətdən xilas etdi

Baneqa La Liqa yolunda

Abakarov gümüş medal qazandı - KONYA-2021

"Sumqayıt"dan yeni transfer

"Növbəti mərhələyə adlasaq, hər cür söz verəcəm" - Laurentsiu Regekampf

İdmançılarımızdan daha iki medal - KONYA-2021

“Bizi çətin oyun gözləyir” - Yusuf Laval

Güləşçilərimizdən 3 qızıl medal - KONYA-2021

"Neftçi" ilə oyun maraqlı olacaq" - Patrik Qrayl

"Neftçi"nin özünəməxsus oyun tərzi var" - "Rapid"in baş məşqçisi

Millimizdən 5-ci medal - KONYA-2021

"Neftçi"dən azarkeşlərə müraciət

"İnter"dən "Sassuolo"ya

"Nyukasl" "Çelsi"nin futbolçusunu istəyir

"Qəbələ"dən növbəti transfer

Mariya Stadnik finalda

Leyla Əliyeva güləşçilərimizin çıxışlarını izləyir

PSV-nin futbolçusu "Mançester Yunayted"ə keçə bilər

Hacı Əliyev gümüş medalı təmin etdi

Millimiz Əfqanıstana qalib gəldi

"Neftçi" səfər oyunlarında problem yaşayır" - "Rapid"in baş məşqçisi

"Heyətimizə əsasən gənclər dəvət olunub" - Millimizin üzvü

"Qarabağ" - "Viktoriya" matçının vaxtı açıqlandı

"Qarabağ"ın qələbəsində gözlənilməz heç nə yoxdu" - Yuri Syomin

FFF Qaltyenin PSJ ilə müqaviləsini tanımadı

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

“Real”dan “Jirona”ya keçdi

Silva Barselonada ev axtarır

“Napoli” Ruisi də itirir

"Qarabağ"ın rəqibi pleyy-offa belə yüksəldi - VİDEO

Millimiz oynamadan qələbə qazandı - İslam Oyunları

Sahil Babayev boks millisinin üzvləri ilə görüşdü - FOTOLAR

"Misli" ilə PFL arasında müqavilə imzalandı

Kadi Borges bu göstəricidə birincidi - Çempionlar Liqası

“Ayntraxt”ın ilk, “Real”ın 8-ci cəhdi - YENİLƏNİR

"Daha çox "Ferentsvaroş"la oynamaq istəyirdim" - "Viktoriya"nın baş məşqçisi

"Qarabağ" bu göstəricilərlə ÇL-də birincidi - Statistika

"Belə tez dağılmamalı idik" - "Ferentsvaroş"un futbolçusu

"Neftçi" Avstriyaya yola düşdü

"Hələ Çempionlar Liqasında oynamağa hazır deyilik" - "Ferentsvaroş"un futbolçusu

"Qarabağ"ın qələbəsi Azərbaycanın xalını artırdı

"Rəqibin yaxşı imkanları var idi" - Zubir

Qurban Qurbanov: "Çexiya klubları çox intizamlı olurlar" - MÜSAHİBƏ

Bütün xəbərlər