Sizin reklam burada

Yalnız Pavelin üzü güldü

Baxış Sayı:227


Renat Dadaşovun formasını geydiyi “Vulverhempton” Brayt Enobakare ilə yolları ayırıb. Akademiyanın yetirməsi olan, çıxış etdiyi iki-üç ildə qol hesabını aça bilməyən 22 yaşlı nigeriyalı forvard baş məşqçi Nunu Eşpiritu Santoya lazım olmayıb. Klubun rəsmi saytında portuqaliyalı mütəxəssisin hücum xəttində Raul Ximenes, Leonardo Kampanya və Renat Dadaşova üstünlük verəcəyi yazılıb. Artıq azad agent statusu daşıyan Braytın isə “Birmingem” və ya “Koventri”yə keçidi gözlənilir. “Vulverhempton”un əvəzedici heyətində çıxış edən Renat klubun futbolçusu olduğu ötən yaydan bu yana əsas komandada debüt etməyib.
Almaniyanın ikinci bundesliqasında 29-cu turun oyunları keçirilib. Dmitri Nazarovun çıxış etidiyi "Ertsgebirge" səfərdə "Haydenhaym"a 0:3 hesabı ilə uduzub. Nazarov sona qədər ehtiyatda qalıb. "Ertsgebirge" 38 xalla 8-ci pillədə qərarlaşıb.
Ukrayna premyer-liqasında koronavirus pandemiyası üzündən yaranan fasilə başa çatıb. Pavel Paşayevin formasını geydiyi “Aleksandriya” 24-cü tur çərçivəsində doğma meydanda “Zarya”ya qalib gəlib - 1:0. Paşayev oyunu əvəzlənmədən keçirib və 45+3-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. “Aleksandriya” 43 xalla çempionluq uğrunda mübarizə aparan ilk “altılıq”da 5-ci yerdədi.
Estoniya çemponatında 4-cü turun oyunları çərçivəsində Nurlan Novruzovlu “Narva Trans” növbəti matçına çıxıb. Səfərdə “Kuressaare” ilə qarşılaşan komanda məğlub olub - 2:3. Novruzov oyunu əvəzlənmədən keçirib. “Narva Trans” 1 xalla sonuncudu.
Çexiyanın 2-ci divizionunda 19-cu turun oyunları baş tutub. Fərid Nəbiyevlə Samir Qurbanovun şərəfini qoruduğu “Viktoriya” (Jijkov) doğma meydanda “Xrudim”ə 0:1 hesabıyla yenilib. Start heyətində meydana çıxan Fərid 82-ci dəqiqədə əvəzlənib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb. “Viktoriya” 32 xalla 6-cı pillədə qərarlaşıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR