Sizin reklam burada

Elnur Əşrəfoğlu söz atdı, Rövşən Binnətli cavab verdi

Baxış Sayı:351

Elnur Əşrəfoğlu söz atdı, Rövşən Binnətli cavab verdi
Hazırda Cüdo Federasiyasında baş katibin müavini və department rəhbəri kimi çalışan ötənlərin ünlü şərhçisi Elnur Əşrəfoğlu “feysbuk” profilində Almaniya bundesliqasının mayın 30-da keçirilən “Bavariya” – “Fortuna” oyunundan bir parça (həm “İdman” TV-nin, həm də “Matç” TV-nin reportajını) paylaşıb və bu sözləri yazıb: “Yadıma 2002-ci ildəki dünya çempionatı düşdü. “Pirat oyunlar”ın şərhi zamanı altdan “Pley Steyşn”in ( o vaxt Sony Winning Eleven) səsini efirə verirdik. Əsas odu ki, sənət, ideya ölməyib, üstündən 18 il keçməsinə baxmayaraq. P.S. “Peşəkar” (Rövşən Binnətliyə ünvanlanıb – red.) statusumu diqqətlə oxusun!!! Demirəm indi “Play Station”un səsi verilir, deyirəm ki, əvvəllər bu cür olub. İndi efirə “interşum” verilir, amma bu təşkilatçıların məcburi müdaxiləsi deyil, cənablarrr! Almanların işi olsaydı, ruslarda da bunun şahidi olardıq. Ona görə “Matç” TV-nin də videosunu qoymuşam. “Bein Sport”, “Setanta” və özünə hörmət edən başqa kanallar da azarkeşsiz oyunlarda süni səslərdən istifadə etmir. Məsuliyyətsizlik isə tamaşaçıların, azarkeşlərin fikrini öyrənmədən və onlara məlumat verilmədən bunu etməkdi”.
“İdman” TV-də direktor vəzifəsini icra edən Rövşən Binnətli isə qol.az saytına açıqlamasında deyib ki, sosial şəbəkələrdə matçlar zamanı “İdman” TV-nin “Playstation” oyununun səsindən istifadə etməsi kimi fikirlər nəinki reallığı əks etdirmir, həm də əsassız və absurddu: “Vahid siqnal bundesliqanı yayınlayan bütün ölkələrə, o cümlədən Azərbaycana da elə vahid formada ötürülür. Açığı, bu sahənin adamlarından kimlərin nə dediyindən xəbərim yoxdu. Sıravi azarkeşlərin bu cür düşünməsini anlayışla qarşılayıram, çünki televiziya sistemindəki prosesləri incəliyinə qədər bilmirlər. Amma peşəkar belə düşünürsə, bu, təəssüf doğurmaya bilməz və müəyyən dərəcədə həm də məsuliyyətsiz yanaşmadı. Qəti olaraq bildirirəm ki, hazırda bundesliqanın oyunları zamanı eşidilən azarkeş səsi nə biz tərəfdən düşünülüb, nə də hansısa kompüter oyunundan götürülüb, sadəcə, yayımçı şirkətin düşüncəsinin məhsuludu və zənnimcə, uğurludu. Ən azı ona görə ki, səslər süni olsa da, oyunun keçirildiyi arenanın öz səsidi və məhz orda yaşanmış atmosferdi”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR