Sizin reklam burada

Elxan Məmmədov ölkənin 10 komanda ümidini bitirdi

Baxış Sayı:305


AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov dünən "CBC Sport"un "Bizim futbol" verilişinin qonağı olub. Qurum rəsmisi 5 əvəzetməyə icazə verilməsi haqda bunları söyləyib: “Koronavirus pandemiyası bizim futbolçulara da təsirsiz ötüşməyib. Məhz bu amil belə qərarın qəbuluna səbəb oldu. Hər komanda oyun ərzində 5 əvəzetməyə əl ata biləcək. Amma bu əvəzetmələrin 3 dəfəyə həyata keçirilməsi lazımdı”.
Məmmədov birinci divizion, Gənclər Liqası və Region Liqasında mövsümün yarımçıq dayandırılmasına da münasibət bildirib: “Bu turnirlərdə mübarizə aparan komandaların əksəriyyəti müxtəlif regionları təmsil edir. Artıq yay mövsümünün gəlişi ilə bağlı oyunların axşam saatlarında keçirilməsi zərurəti yaranır. Amma regionlardakı stadionlarda infrastruktur, xüsusilə işıqlandırma sistemi müvafiq tələblərə cavab vermir. Gündüz saatlarında istidə oyun keçirmək isə mümkünsüzdü. Bu amillərlə əlaqədar həmin klubların rəhbərliyi ilə də müzakirələrdən sonra qərara gəldik ki, sözügedən turnirləri yarımçıq dayandıraq”.
Onun növbəti mövsümdə premyer-liqada mübarizə aparacaq klubların sayı ilə də bağlı açıqlaması da maraqlıdı: “Kəmiyyətdən çox sabitliyə nail olmaq daha yaxşıdı. Növbəti mövsümü 8 komanda ilə davam etdirməyi daha məqsədəuyğun hesab edirik. Hər halda, bu, mövsümə 10 klubla başlayıb, az komanda ilə bitirməkdən daha yaxşı olar”.
Məmmədov milli komandanın baş məşqçisi postuna namizədlərlə bağlı da danışıb: "Üç məşqçi ilə danışıq gedirdi. Onlardan biri ilə martın sonunda müqavilə imzalanmalıydı. Təəssüf ki, pandemiyaya görə danışıqları dayandırmalı olduq. Amma bir həftə öncə həmin məşqçilərlə danışıqları bərpa etdik. Milllətlər Liqasının vaxtı dəyişməsə, yeni təyinat avqustda gözlənilir".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR