Sizin reklam burada

Nazarovu cəza gözləyir

Baxış Sayı:217


“Aleksandriya” ikiaylıq fasilədən sonra oyun keçirib. Pavel Paşayevin formasını geydiyi komanda “Vorskla” ilə qarşılaşıb. Altı qolun qeydə alındığı matçda “Aleksandriya” qələbə qazanıb – 4:2. Paşayev də bu görüşün iştirakçısı olub. Ukrayna premyer-liqası koronavirus pandemiyasına görə martda dayandırılıb. Çempionatın mayın 30-dan bərpa olunacağı açıqlanıb.
"Ertsgebirge"nin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniya çempionatında koronavirus pandemiyası ilə əlaqədar müəyyənləşdirilən qaydalara zidd hərəkət edib. Yığmamızın 30 yaşlı üzvü "Nürnberq"lə 2-ci bundesliqanın 27-ci turunun oyununda (1:1) qol vurandan sonra ehtiyat oyunçular skamyasına tərəf qaçaraq, klubun meneceri Tomas Romeykeni qucaqlayıb. Nazarov bunu Romeykenin komandanı xilas etməsi ilə əlaqələndirib: "Oyuna gəldiyimiz vaxt o, avtobusumuzun sükanı arxasında idi. Birdən qarşımıza təpədən uçan BMW düşdü. Məhz Romeyke cəld reaksiyası sayəsində həyatımızı xilas etdi. Əks halda kim bilir, nə baş verəcəkdi. Buna görə də qol vurandan sonra Romeykeni qucaqladım".
Nazarov Almaniya Futbol İttifaqının (DFB) bu epizoda anlayışla yanaşacağına ümid etdiyini deyib: "Bilirəm ki, qolu bu cür qeyd etməyə icazə yoxdu. DFB-nin humanistlik göstərəcəyinə ümidvaram".
Qeyd edək ki, qəza zamanı avtobusa zərər dəysə də, komanda üzvlərindən heç kim xəsarət almayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR