Elxan Abdullayevə bir futbol mütəxəssisi kimi münasibətim birmənalı deyil. Əminəm ki, bu sözlərimdən özü də inciməz. Xüsusən də “Neftçi”nin baş məşqçisi olduğu vaxtlarda sərgilədiyi davranış onun haqda fikirlərimi alt-üst etdi. Özü də bu fikrə düşən təkcə mən deyildim. Çalışdırdığı komandanın azarkeşləriylə münasibətlərini xeyli pisləşdirmiş, özünə qarşı güclü təzyiq dalğası formalaşdırmışdı. Sözsüz, “Neftçi” Azərbaycan futbolunun bayraqdarı hesab olunursa, orda çalışmaq istənilən mütəxəssis üçün çətindi. Fanatlar daim nəticə tələb edir, məğlubiyyətlə barışmır. Üstəlik, Elxan Abdullayevin “Neftçi”ni çalışdırdığı dönəmlər xeyli mürəkkəb zaman kəsiyinə təsadüf etmişdi. Ardıcıl çempionluqlar qazanan, Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə Azərbaycanın futbol tarixinə adını yazdıran “xalq komandası” Müşahidə Şurası adı altında naşı adamların əlinin altına veriləndən sonra xeyli çətin günlər yaşadı. Abdullayevi də həmin adamlar “Neftçi”yə gətirmiş, psixoloji cəhətdən xeyli yorğun olan sınıq-salxaq heyətin “sükan”ını ona tapşırmışdılar.
Şəxsi qənaətimdi ki, Elxan Abdullayevin məşqçi kimi keyfiyyətləri, futbola, futbolçulara, mətbuat nümayəndələrinə və ən əsası azarkeşlərə yanaşması xeyli qüsurludu. Bu qüsurlar onun “Neftçi”dəki fəaliyyəti zamanı da özünü tez-tez göstərirdi. Məğlubiyyətlər sıralanır, “ağ-qaralar” turnir cədvəlinin “zirzəmi”sindən qurtula bilmirdi. Belədə tənqidlərə tuş gələn ilk adam da Elxan bəy olurdu. Həmin vaxt “Neftçi”nin rəhbərliyində Sadıq Sadıqov, Tahir Süleymanov kimi adamlar təmsil olunmurdu ki, böhrandan qısa müddətdə çıxış yolu tapsınlar, komandanı biabırçılıqdan, baş məşqçini də təzyiq dalğasından xilas etsinlər. İlk vaxtlar “yuxarılar” Abdullayevin çiyninə birdən-birə iki yük qoymuş, onu əlində iki qarpız saxlamağa məcbur etmişdilər. Sizin də yadınızda olar, Elxan bəy əvvəlcə millidə baş məşqçinin, yəni xorvatiyalı Robert Prosineçkinin köməkçisi idi. Yavaş-yavaş başını orda dolandırıb, “bu günümə də şükür” deyirdi. Sonra da belə məsləhət oldu ki, Abdullayev milliylə yanaşı, “Neftçi”də də işləsin. Özü də orda köməkçi yox, bilavasitə baş məşqçi kimi. Elxan Abdullayev buna hazır deyildi. Çox keçmədi ki, onu bu ağır yüklərin altında əzdirənlər də bunu başa düşdülər və Abdullayevi millidəki işindən azad etdilər.
Yığmadan ayrılıq Elxan bəyin qazancına mənfi təsir göstərsə də, onu bir qədər rahatlaşdırmalıydı. Belədə bütün enerjisini klubdakı işinə yönəltməklə Abdullayev “Neftçi”nin nəticələrini bir qədər yaxşılaşdırar, özünə yönələn tənqidləri azalda bilərdi. Amma bunu da bacarmadı. Yaxşı yadımdadı, Bakıdakı əyləncə məkanlarının birində “Neftçi”nin 80 illiyi şərəfinə yubiley tədbiri təşkil olunmuş, komandanın veteranlarına rəhbərlik tərəfindən yaxşı ziyafət verilmişdi. Ziyafətdən kefi-damağı saz çıxan veteranlar birbaşa “Bakcell Arena”ya gəldilər və “Neftçi”nin “Qarabağ”la ölkə kuboku çərçivəsindəki vacib oyunundan əvvəl qazona ayaq basdılar. Sonrası veteranlar üçün də, 80 yaşını qeyd edən “xalq komandası” üçün də yaxşı olmadı. Meydan sahibləri 0:2 hesabıyla uduzdular və növbəti mərhələyə yüksəlmək şanslarını xeyli azaltdılar. Oyundan sonrakı mətbuat konfransında Elxan Abdullayev əminliklə bildirdi ki, cavab görüşündə vəziyyəti düzəldəcəklər və turu keçən tərəf onlar olacaqlar. Amma sözünü yerinə yetirə bilmədi. Növbəti uğursuz oyun azarkeşlərin “istefa” şüarlarını da özüylə gətirdi. Budəfəki mətbuat konfransında baş məşqçi onun istefasını istəyən fanatları “bir qrup xuliqan” adlandırdı.
Elə həmin ərəfələrdə qatıldığımız mətbuat konfranslarında mənimlə “ulduzu barışmırdı”, haqlı suallarımı qərəz kimi qəbul edir, soyuq müharibə aparırdı. Sonradan həmkarım Həbib mənə bildirdi ki, “Neftçi”nin qalib gəldiyi oyundan sonra jurnalistlərin önünə çıxan Abdullayevin gözləri dərhal məni axtarıb və “nə üçün Amal bu gün gəlməyib? Ancaq uduzduğumuz oyunlarda gəlir” deyib. Söz verdim ki, “Neftçi”nin növbəti oyununa gedəcəm. Belə də etdim, amma tərslikdən “Neftçi” bu dəfə də uduzdu. Özüm-özümü danladım ki, Elxan Abdullayev günahı məndə görəcək, ayağımın komandası üçün düşərli olmadığını düşünəcək. Hamımız yaxşı bilirik ki, azərbaycanlı çalışdırıcılar əlamətlərə inanırlar, hər dəfə uğursuzluqdan sonra cadu-piti barədə düşünürlər. Sözsüz ki, bütün bu məğlubiyyətlərin mənim ayağımın uğursuz olmasıyla heç bir əlaqəsi yox idi. “Neftçi” pis oynayırdı və layiq olduğu yenilgilərlə üzləşirdi. Çox keçmədi ki, bunu rəhbərlik də başa düşdü. Əvvəlcə Elxan Abdullayev “Neftçi”dən ayrıldı, sonra da onun formalaşdırdığı heyəti dağıtdılar. Böyük yenidənqurma başladı.
Bütün bunlar artıq keçmişdə qalıb. Şəxsən mən Elxan bəyə qarşı heç bir kin-küdurət saxlamıram. Ötənləri xatırlatmaqla da onun əhvalını korlamaq istəmirəm. Bu yaxınlarda oxudum ki, Elxan bəyin doğum günü imiş, 50 illik yubileyini qeyd edib. Gec də olsa, təbrik edirəm. Allah ona cansağlığı versin. Əminəm ki, ötən illərin xatirələri hərdən onun da yadına düşür, səhvlərini özü də anlayır, səbəblərini təhlil edərək müyyənləşdirib. Əsas odu, bundan sonra belə səhvlər təkrarlanmasın. Yenidən premyer-liqada baş məşqçi çalışmaq fürsəti əlinə düşsə, bu dəfə daha yaxşı işləyər. Biz də ona tənqid yox, tərif yazarıq.

Son xəbərlər

Bugün Çempionlar Liqasında 8 oyun keçiriləcək

Eşli Yanq komandada qaldı

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Bütün xəbərlər