Sizin reklam burada

Aydan ulduZa Türkiyə futbolu

Baxış Sayı:484

Aydan ulduZa Türkiyə futbolu
1-ci yazı
“Futbol+”in baş redaktorundan bu yazını işləmək təklifi aldığım gün masa başına keçmədim. Düşünmək lazım idi. Türkiyə futbolu haqda yetərincə şişirilmiş tabular var. Məşhur superliqa klublarının havası, dil, mədəniyyət yaxınlığı futbolla maralanan hər azərbaynalını həm də Türkiyə futboluna bağlayır. Tez-tez Türkiyə klublarından örnəklər veririk. Ölkənin futbol idarəçiliyi, klubların fəaliyyəti ilə bağlı gördüyümüz əskiklərin qonşu ölkə ilə müqayisəsini aparırıq.
Əvvəlcə onunla razılaşmalıyıq ki, Türkiyə futbolunun səviyyəsinə görə Azərbaycanla müqaisədə birmənalı şəkildə öndədi. Sadəсə, iki ölkənin elita klublarının büdcələriə, imkanlarına nəzərən gözüqapalı bu nəticəyə gəlmək olar. Lakin bu silsilə gözüqapalı təhlil olmayacaq. Türkiyənin Kocaeli bölgəsində ötən il qurduğumuz Pelikan Agentliyinin “Darıca Gənclərbirliyi” klubuna verdiyi 8 aylıq xidmət dövrünə, bundan əvvəl elita təmsilçiləri “Bursaspor”, “Dənizlispor” kimi klublarla işbirliyimizə söykənməklə Türkiyə futbolunun artıq-əskiklərini qiymətləndirəcəyik.
Həvəskar addımlar
Türkiyədə 4 peşəkar kateqoriyalı liqada (superliqa, 1-ci, 2-ci, 3-cü liqalar) 126 peşəkar futbol klubu fəaliyyət göstərir. Həvəskar liqalarla peşəkar liqaların arasında səviyyəsi 3-cü liqadan çox də fərlənməyən Regional Həvəskar Liqa (Bölgəsəl Amatör Lig (BAL) mövcuddu. Səviyyə yaxınlığına görə Türkiyə Futbol Federasiyası (TFF) sözügedən turniri 4-cü peşəkar və ya yarıpeşəkar liqa statusuna gətirmək üçün beynəlxalq futbol qurumları qarşısında təkliflə çıxış etsələr də, UEFA-nın nəzərində hətta Türkiyənin daxildə peşəkar sayılan 3-cü liqası da tam peşəkar statusu ala bilməyib. Bu problemin təfsilatı barədə növbəti yazılarda bəhs edəcəyik...
İndi isə fikriniz bizim Region Liqasına getməsin deyə qeyd edim ki, yarımçıq qalan 2019/20 mövsümünün son turuna qədər BAL-da 1852 oyun keçirilib, həmin matçları tribunalardan federasiyaya daxil olan protokollara əsasən 1 milyon 483 min 840 azarkeş izləyib.
Ümumu təhlil üçün apardığımız araşdırmalar xəbər verir ki, ötən mövsüm BAL-dən üst liqaya vəsiqə qazanmaq “Kəlkit Bələdiyyəspor”a 3 milyon (dövrün valyuta kurs ortalaması ilə təxminən 750 min ABŞ dolları), “Somaspor”a 5 milyon türk lirəsinə (dövrün valyuta kurs ortalaması ilə təxminən 1 milyon 250 min ABŞ dolları) başa gəlib.
BAL-dan başqa, Türkiyədə həvəskarların futbol oynadığı daha üç liqa fəaliyyət göstərir. Yeni qurulan futbol klubunun BAL-a gələ bilməsi üçün əvvəlcə 2-ci Həvəskar, sonra 1-ci Həvəskar, sonra isə Superhəvəskar liqalarında qalib olmaları tələb edilir. Yəni ən qısa vaxtda 3 ardıcıl uğur, minim 3 il lazımdı ki, peşəkar səviyyəyə yüksəlmək uğrunda son mübarizəyə qoşulasız. “Son mübarizə” işin ən çətin hissəsdi. Sözügedən mərhələ iştirakçı klubdan həm maddi, həm idman idarəçiliyi baxımından ciddi dayanıqlılıq tələb edir. Hərəsində 16-18 komanda olan 8-9 region üzrə keçirilən turnirin qruplarından, sadəcə, 1-ci yerin sahibi üst liqaya yüksələ bilir. Daha əsrarəngizini deyim. Təsəvvür edin, ötən mövsümün nəticələrinə görə böyük tarixi olan “Kartalspor” öz qrupunda16 komanda arasında 2-ci yeri tutmasına rəğmən, daha aşağı - Superhəvəskar liqaya yuvarlandı. Buna səbəb həvəskar liqaların Türkiyədə çox tənqid edilən, ancaq TFF-nin israrla arxasında durduğu reqlamentidir. Qaydalara görə, 1 qrupda eyni bölgəni təmsil edən 2 komanda varsa, komandalar qrupdakı digər klublarla ancaq çempionluq uğrunda mübarizə aparırlar. Liqanı tərk etmək məsələsində isə eyni bölgənin klubları sadəcə bir-birinin rəqibidi. 2018/19 mövsümündə “Kartalspor”un yer aldığı qrupda özü kimi sadəcə, bir İstanbul klubu var idi və həmin “Modafen” komandası yekun xallara əsasən ilk sırada qərarlaşdığına görə ikinci yeri tutan “Kartalspor” İstanbul bölgəsi üzrə Superhəvəskar liqaya düşmüş oldu. Püşkün şanssızlığından digər rəqiblərin hamısı Kocaeli bögəsini təmsil edirdi. Qrupun lideri olmuş “Modafen”ə də bu nəticə üst liqaya çıxmaq üçün kifayət etmirdi. 3-cü liqaya yüksəlişi bayram etmək üçün lisey komandası digər qrupların qalibləri ilə daha iki pley-off qarşılaşmasını qoşa oyunlarla uğurla keçmək öhdəliyini yerinə yetirdi.
Sadəcə, yuxarıda qeyd etdiyimiz azarkeş sayına nəzərən Türkiyənin keçid xarakteri daşıyan həvəskar çempionarının ciddiliyi haqda fikir yürütmək mümkündü. Turnirin çətinliyi, liqayaqədərki məsafənin geniş zaman kəsiminə, illərə, dolayısı ilə də böyük təcrübəyə dayandığını nəzərə alaraq, düşünmək olar ki, artıq peşəkarlıq yolunu tutan klublarda idarəçilər də möhkəmlənmiş, sahə adamına çevrilmiş olmalıdı. Təəssüf ki, klubların struktur forması buna imkan vermir. Türkiyə futbolunun ən böyük bəlası olan dərnək, ictimai birlik idarə forması burda da əldə olunan keyfiyyəti havaya sovurur. Bu haqda ayrı sərlövhə altında daha ətraflı qeydlərimiz olacaq.
Həvəskar klubların maddi yetərsizlikləri
Böyük bəla ondan ibarətdi ki, həvəskar liqalara düşmüş klubların normal fəaliyyəti üçün maddi əsasların əksər hissəsi peşəkar yarışı tərk etməsiylə bərabər kəsilir. Klubların bütün mövcud federasiya gəlirləri, peşəkarlarla bağlı TFF-nin “hovuz” sistemindən qayanqlanan ümumi sponsor mədaxilləri ortadan qalxır. Klub tam bölgənin iş adamlarının, bələdiyyələr səviyyəsində siyasi elitanın ümidinə qalır.
Düşüş zamanı üst liqalardakı səhvlərdən qaynaqlı TFF tərəfindən yığılmış futbolçu, məşqi borcları həvəskar liqaya düşmük klubun yaxasından əlini çəkir. Lakin bu müvəqqəti xoşbəxtlikdi. Klub yenidən peşəkar liqaya yüksəldiyi andan etibarən həmin borclar aktivləşir. Məsələn, borcları üzündən həvəskar liqaya yuvarlanmış məşhur “Qaziantepspor” üzərindən mövzunu izah edə bilərik. Antep şəhərinin iş adamları, siyasi dairələri bölgənin 1 nömrəli klubundan çoxdan əlini üzmüşdülər. Buna görə də “Qazişəhir Böyükşəhər Bələdiyyəsi” təsis edilmişdi və dəstəklənərək ən alt liqalardan addımlayırdı. Bu klub superliqaya yüksəlmək mərhələsinə gəldiyi andan etibarən artıq borcu 50 milyon dolları ötmüş islaholunmaz “Qaziantepspor” həvəskar liqaya düşərək qapadıldı. Eyni hadisə “Yeni Malatyaspor”un “Malatyaspor”un yerini alması ilə də ifadə edilə bilər.
Bu klubların həvəskar liqada fəaliyyətlərini davam etdirmələri o mənada anlamsız idi ki, üst liqaya çıxsaydılar, ilk matça qədər TFF-nin “təmiz bəlgə” tələbi yerinə yetirilməliydilər. Bu da keçmişdən qalan bütün futbolçu-məşqçi borclarının, yəni 50 milyon dolların ötən illərdə faizlənmiş halı ilə, 3-cü liqaya yeni qayıtmış klub tətəfindən başlanğıcda ödənməsi kimi mümkünsüz bir şey deməkdi.
Qeyd olunan məsələlərə görə də həvəskarlar arasına üstdən yuvarlanmış klublar əksər hallarda idarəolunmaz hala gəlirlər. Bölgələrin marka dəyərini təşkil edən “Kocaelispor”, “Sakaryaspor” kimi böyük vilayəti təmsil edən klubların arxasında bələdiyyə şansı varsa, kiçik qəsəbə, şəhər klubları üçün aqibət çıxılmazdı.

Rəsul ŞÜKÜRSOY,
Pelikan Beynəlxalq İdman Konsaltinq Agentliyinin Baş Direktoru

Oxşar xəbərlər
SON XƏBƏRLƏR