Sizin reklam burada

“Ximki”: elita əvəzinə 2-ci dəstəyə

Baxış Sayı:270

“Ximki”: elita əvəzinə 2-ci dəstəyə
Rusiya Futbol İttifaqı İcraiyyə Komitəsinin mayın 15-də videokonfrans formatında keçirilən iclasında aşağı dəstədə 27 turdan sonra ilk iki pillədə qərarlaşan “Rotor”la “Ximki”nin yeni mövsümdən elitada oynacağına dair qərar verildiyini bilirsiz. Bizim üçün bu xəbəri xüsusi edən məqam odu ku, “Ximki”nin heyətində həmyerlimiz Kamran Əliyev də var. Amma azərbaycanlı futbolçunun Rusiya elitasında məhz bu komandanın formasında debüt arzusu çin olmayacaq.
İş ondadı ki, “Ximki” lisenziyalaşma prosesindən keçmək üçün qısa müddətdə investor tapmasa, nəinki 2-ci yeri tutduğu Milli Futbol Liqasında (MFL) qalacaq, hətta daha aşağı – 2-ci diviziona yuvarlanacaq.
Bu il üçün kluba ayrılan büdcə artıq xərclənib. Yeri gəlmişkən, yalnız Ximki vilayət administrasiyası kluba ciddi maliyyə - 150 milyon rubl (3 milyon 570 min manat) ayırmış, Moskva vilayəti isə maliyyələşməni beş dəfə aşağı salmışdı (150 milyon rubldan 30 milyon rubla). Hazırda klub büdcəsində qalan pul heç MFL-də çıxış etməyə imkan vermir.
Artıq “Ximki” sərt qənaət rejiminə keçib. Seleksiya, kommersiya və mətbuat xidməti şöbələrindən olan 12 əməkdaşla işbirliyinə iyunun 1-dən son qoyulacaq. Komanda elitada oynamaqdan imtina etsə, 15-ci komanda ordakı yerini qoruyacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR