Sizin reklam burada

Elxan müəllim, bəs qərar açıqlanacaqdı?

Baxış Sayı:332


Ölkədə futbol dayanıb deyə, AFFA-nın iki vəzifə tutan rəsmisi Elxan Məmmədov da gözdən-könüldən, daha doğrusu, tənqiddən uzaqdı. İndi hər kəs bir an öncə çempionat və kubok oyunlarının bərpasını arzulayır, nə yığmalar yada düşür, nə də dəlləkliyi Azərbaycan futbolunu başında öyrənən əcnəbilər. Düz bir həftə öncə - mayın 14-də Elxan müəllim “AFFA koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan 2019/20 mövsümü ilə bağlı qərarını bu gün açıqlayacaq” deyəndə hər kəs çox ümidlənmişdi. Axı, onun əli yuxarılara daha yaxındı. Mayın 14-nə məlum videokonfrans da təyin olunduğundan, sevincdən az qala çiçəyimiz çırtlayırdı. Amma AFFA və PFL-in saytı vasitəsi ilə yayılan eyni məzmunlu press-relizdən aydın oldu ki, ümidverici nəsə yoxdu, hansısa qərardan söhbət getmir, sadəcə, klublar, necə deyərlər, dərdləşməyə yığışıblar.
Əlbəttə, belə yazmaqla mən ədalətsizcəsinə bütün oxları Elxan müəllimə tuşlamaq, martın 13-də dayandırılan və nə vaxt bərpa olunacağı bilinməyən ölkədaxili yarışların məsuliyyətini onun boynuna qoymaq istəmirəm. Amma belə yüksək vəzifə tutan şəxs də sözünün çəkisini bilməli, yüz ölçüb, bir biçməli, sonra da mediaya, ictimaiyyətə açıqlama verməlidi. Qərar başqa şeydi, dost məclisindən, məsləhət-məşvərətdən, videosöhbətdən çıxan nəticələr başqa. Mənə elə gəlir ki, hörmətli Məmmədov belə incə məqamların fərqinə varmağı bacarar.
HUŞƏNG

Oxşar xəbərlər
SON XƏBƏRLƏR