Sizin reklam burada

“Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq

Baxış Sayı:387


İlham Yadullayev: “Premyer-liqa başlayandan sonra yəqin bizimlə bağlı da bir xəbər olar”
Koronavirus premyer-liqa ilə yanaşı, birinci divizionun da taleyini sual altına salıb. Lakin “birincilər”də vəziyyət daha müəmmalıdı. Premyer-liqa klublarından 7-nin koronavirus testindən keçməsinə baxmayaraq, eyni proses divizionda həyata keçirilməyib. Bundan başqa, elitadan fərqli aşağı dəstənin taleyi, çempionatın mümkün bərpası ilə bağlı hansısa müzakirə, yenilik olmayıb. Hətta çempionatın bu cür yekunlaşacağı da mümkün variantlardan biridi.
Diviziondakı vəziyyət, çempionatın taleyi ilə bağlı fikirlərini öyrənmək üçün “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadəyə müraciət etdik: “Çempionatın bərpası üçün Nazirlər Kabinetinin qərarı olmalıdı, daha sonra koronavirus testindən keçə bilərik. Eşitdiyimə görə, premyer-liqa klublarından “Qəbələ” də hələ testdən keçməyib. Hələ ki gözləyirik, görək nə deyəcəklər. O ki qaldı çempionatın bu cür yekunlaşacağına, bu barədə heç nə eşitməmişəm, heç belə söhbət də olmayıb. PFL rəsmiləriylə də danışmışam, onlar da bu barədə heç bir söz deməyiblər. Hər şey pandemiya ilə bağlı vəziyyətdən asılıdı. Belə məsləhət bilsələr, biz də qəbul edəcəyik. Qəbul olunan hər bir qərara hörmətlə yanaşacağıq”.
“Turan Tovuz”un baş məşqçisi İlham Yadullayev də son qərarı gözlədiklərini bildirdi: “Hələ bizə bir xəbər deyilməyib, gözləyirik. Təbii ki, əsas premyer-liqadı. Premyer-liqa başlayandan sonra yəqin bizimlə bağlı da bir xəbər olar. Bəlkə də klub rəhbərliyi ilə AFFA arasında danışıq aparılır. Məşqçi olaraq, gözləyirik ki, bizə cavab deyilsin. Məşqlərə ya davam edək, ya “tamam” deyək. İstəyərdik çempionat davam etsin. Oyunlar idman prinsipləri ilə keçirilsin, çempionat tamamlansın. Amma daha vacib məsələ adamların sağlamlığıdı. Sağlamlıq məsələsi varsa, gərək çempionat keçirilməsin. Operativ Qərargah nə qərar versə, onunla da ayaqlaşacağıq”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR