Klublar Komitəsinin videokonfrans formatında toplantısının keçirildiyini ötən sayımızda xəbər vermişdik. Onu da bildirmişdik ki, onlayn iclasa klub rəsmiləri ilə yanaşı, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da qatılıb və müzakirələrdə iştirak edib. Ancaq nədənsə klub rəsmiləri ilə görüşə ölkədaxili yarışların keçirilməsinə cavabdeh olan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev qatılmayıb. PFL-i iclasda qurumun texniki idman şöbəsinin rəisi Elgiz Abbasov təmsil edib.
Musayevin klub rəsmiləri ilə görüşdə iştirak etməməsi bir çoxları tərəfindən təəccüblə qarşılanıb. Hər zaman belə tədbirlərdə ön planda olan Ramin bəyin onlayn görüşə qatılmamasının səbəbini aydınlaşdırmaq üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq: “Ramin müəllim dişlərini müalicə etdirdiyindən və iclasdan bir gün öncə ona narkoz verildiyindən toplantıya qatılmayıb. Əvəzində PFL tərəfdən texniki idman şöbəsinin rəisi Elgiz Abbasov iştirak edirdi”.
RƏŞAD