Sizin reklam burada

“Qəbələ”nin 195 iddialısı

Title
“Qəbələ”nin 195 iddialısı
Azərbaycan kubokunda mübarizəni davam etdirən “Qəbələ” koronavirus pandemiyası ilə bağlı fasilə başa çatandan sonra yarımfinal sınağına çıxacaq. Bu turnirdə 15-ci mövsümünü keçirən “qırmızı-qaralar”ın 195 üzvü kubok qazanmaq iddiası ilə meydana çıxıb. Onlar arasında mütləq rekord Urfan Abbasova məxsusdu. O, 28 kubok matçının iştirakçısıdı. Voislav Stankoviç də 20-dən çox oyun keçirməyi bacarıb. Onun hesabında 21 görüş var. İlk “üçlüy”ü Cavid Hüseynov qapayır – 19 oyun.
“Qəbələ”nin heyətində ən çox kubok matçı keçirən futbolçuların siyahısı belədi:
1. Urfan Abbasov - 28
2. Voislav Stankoviç - 21
3. Cavid Hüseynov - 19
4-5. Elvin Camalov - 18
Samir Zərgərov - 18
6. Dmitri Bezotosnı - 17
7. Asif Məmmədov - 16
8. Dodo - 15
9. Azər Həşimov - 14
10-11. Viktor Mendi - 13
Qismət Alıyev - 13
12-13. Rafael Santos - 12
Tornike Aptsiauri - 12
14. Əli İsmayılov - 11
15-17. Filip Ozobiç - 10
Rəhman Əzizov - 10
Elnar Kərimov - 10
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.