Sizin reklam burada

Baba yaşında ...ata olacaq

Title

"İnter"in (hazırkı "Keşlə") sabiq vitse-prezidenti və baş məşqçisi Anatoli Konkov 70 yaşında ata olacaq. Bu haqda təcrübəli mütəxəssisin özündən iki dəfə kiçik həyat yoldaşı Mariya Konkova şəxsi "instaqram" səhifəsində paylaşım edib. 35 yaşlı xanım hamilə qaldığına işarə edərək, "həyatımda ilk dəfə belə ideal pres yığmışam" yazıb. Cütlük münasibətlərini 2017-ci ildə qanuniləşdirib. Onlar Kiyev kilsələrindən birində nigah bağlayıblar.
Qeyd edək ki, Anatoli Konkov "İnter"də 2004-06-cı illərdə işləyib. Paytaxt təmsilçisi onun rəhbərliyi altında 2004/05 mövsümündə ölkə kubokunun finalında "Bakı"ya 1:2 hesabı ilə məğlub olub. 2012-15-ci illərdə isə Konkov Ukrayna Futbol Assosiasiyasının prezidenti vəzifəsində çalışıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.