Sizin reklam burada

Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir”

Baxış Sayı:293

Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir”
Sosial şəbəkələrin varlığının mənfi tərəfləri özünü göstərsə də, müsbət cəhətləri də yox deyil. Məsələn, bəzən durğunluq dövründə - lap elə götürək hazırkı karantin rejimini – ortaya elə bir mövzu çıxır ki, aləm bir-birinə dəyir. Kiminsə yazdığı bir-iki cümlə gündəmi zəbt edir, nəticədə internet istifadəçiləri arasında qızğın müzakirələr gedir, fikirlər haçalanır, yekunda yeni nələrsə öyrənmiş olursan.
“Feysbuk”da “Offside” adlı səhifə var. Daim maraqlı kapslar, suallar ilə gündəmə gəlir. İki gün əvvəl məhz bu səhifədə paylaşılan kaps geniş müzakirələrə səbəb oldu. Deməli, admin çiyinlərində illərin şərhçilik təcrübəsini daşıyan Rövşən Binnətlinin şəklini paylaşaraq, altına bu sözləri yazıb: “Fotoya 10 saniyə baxandan sonra canlı gedən oyunda qol vurulmasına baxmayaraq, gimnastımız Dinara Gimatovanın 3 il əvvəl qazandığı bürünc mükafatdan söhbət açılır”. Və çox qəribə görünən belə bir sual da əlavə olunub: “Rövşən Binnətlinin şərhlərinə görə futboldan küsən neçə nəfərik?”
Atmacanın kimə və nə üçün ünvanlandığını izah etməyə ehtiyac yoxdu. Oyunlar zamanı intensiv şərhdən çox sakit, amma səlis danışmağa üstünlük verən Binnətlinin bu üslubu çoxlarının ürəyincə deyil. “Offside” səhifəsi də məlum paylaşımla yarızarafat-yarıgerçək diqqətləri üzərinə çəkməyi bacarıb. Bu mənada Rövşən bəyin müdafiəsinə qalxanlar da tapıldı, şərhini bəyənməyənlərin dəlilli əsaslarına da rast gəldik.
Toxunmaq istədiyimiz nöqtə sırf Rövşən Binnətlinin şərhçilik bacarığı deyil. Sadəcə, yaranmış vəziyyət bizi bu haqda yazmağa, dəqiq desək, illərini şərhçiliyə həsr etmiş tanınmış jurnalistlərlə danışmağa məcbur etdi. Hamıya yaxşı tanış olan bir neçə həmkarımızla söhbətdə 3 suala aydınlıq gətirməyə çalışdıq. Madam ki, futbolsuzluq dönəmidi, o zaman çox vaxt səslərini eşidib, üzlərini görmədiyiniz tanınmışlara sənətləri ilə bağlı ünvanladığımız sualların cavablarıyla tanış olun.
1. Şərhçilərin hər imkanda müzakirə olunmasına münasibətiniz necədi?
2. Öz şərhlərinizin təkrarına baxıb, səhvlərinizi üzə çıxarmaq imkanınız olur, yoxsa vaxt məhdudiyyəti var?
3. Sırf özünüzə yönələn tənqidlər hansı xarakterli olub (tərəfkeşlik, səs ahəngi, şərh zamanı lazım olmayan mövzulara toxunmaq və s.) və bunu sizə hansı yolla çatdırıblar?
(yazı tam halda qəzetin çap variantında)
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR