Premyer-liqanın koronavirus pandemiyasına görə dayandırılan 2019/20 mövsümü “Qəbələ” üçün əlamətdar hadisə ilə yadda qalıb. “Qırmızı-qaralar” elitada 500-cü qolunu vurub. Bu, “Zirə” ilə səfər matçına təsadüf edib. Rövlan Muradov tarixi qolun müəllifi olub. Komandanın ilk qolu isə 2006-cı ildə qeydə alınıb. Vüsal Qarayev İmişlidə “MKT-Araz”ın qapısına yol tapıb.
“Qəbələ”nin premyer-liqada yubiley qolları
1-ci qol - 2006/07
Vüsal Qarayev - 11.08.2006. MKT-Araz (İmişli) - Gilan (Qəbələ) 4:1
50-ci qol – 2007/08
Azər Cabbarov - 18.05.2008. Qəbələ - Masallı 1:1
100-cü qol - 2009/10
Kənan Kərimov - 09.02.2010. Qəbələ - Turan (Tovuz) 1:0
150-ci qol – 2011/12
Dodo - 11.09.2011. Qəbələ - Turan (Tovuz) 2:1
200-cü qol - 2012/13
Lourival Assis - 03.11.2012. Qəbələ - Neftçi (Bakı) 2:1
250-ci qol – 2013/14
Leonardo da Silva - 02.02.2014. Sumqayıt - Qəbələ 0:3
300-cü qol – 2014/15
Viktor Mendi – 05.04.2015. AZAL (Bakı) – Qəbələ 0:4
350-ci qol – 2015/16
Aleksey Qay - 23.04.2016. Xəzər Lənkəran - Qəbələ 0:1
400-cü qol – 2016/17
Tellur Mütəllimov – 19.03.2017. AZAL (Bakı) – Qəbələ 1:1
450-ci qol – 2018/19
Asif Məmmədov - 12.08.2018. Qəbələ - Səbail (Bakı) 3:0
500-cü qol – 2019/20
Rövlan Muradov - 01.03.2020. Zirə - Qəbələ 1:2