Sizin reklam burada

Klozenin təyinatı rəsmiləşdi

Baxış Sayı:448


Miroslav Klozenin çoxdan gözlənilən təyinatı rəsmiləşib. Onun “Bavariya”nın baş məşqçisi Hans-Diter Flikin köməkçisi funksiyasını yerinə yetirəcəyi hələ martın ortalarından məlum idi.
Lakin əvvəlcə pandemiya səbəbindən ölkə çempionatının dayandırılması, sonra isə daxili yarışlarda hələ də davam edən uzun fasilənin yaranması təyinatın ertələnməsinə səbəb olmuşdu. Nəhayət, dünən Klozenin yenidən “Bavariya”yanın əsas komandasına xidmət edəcəyi rəsmi təsdiqini tapıb. Münhen klubunun saytının yaydığı xəbərdə onunla müddəti 2021-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalandığı bildirilib. Qeyd edək ki, Almaniya millisinin sabiq hücumçusu olan Kloze bundan əvvəl “Bavariya”nın U-17 komandasında işləyirdi. DÇ-2014-ün qalibinin münhenlilərin formasını 2007-11-ci illərdə daşıdığını da xatırladaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR