Koronavirus pandemiyasına görə mart ayında dayandırılan Almaniya bundesliqasında mövsümün qalan hissəsinin mayın 15-də bərpa oluna biləcəyini xəbər vermişdik. Artıq bu məsələyə rəsmən aydınlıq gəlib.
Almaniya Futbol Liqasının (AFL) rəhbərliyi çempionatın bərpası üçün hökumətdən təsdiq cavabını çərşənbə günü alıb. Bundesliqanın bu ay bərpa oluna biləcəyi ilə bağlı son qərar mayın 6-da verilib. Kansler Angela Merkelin başçılıq etdiyi Nazirlər Kabineti və müvafiq orqanların nümayəndələrinin iştirakı ilə keçirilən videokonfransdan sonra verilən sərəncama əsasən AFL çempionatı bərpa etməklə bağlı hökumətdən rəsmi icazə alıb. Qeyd edək ki, sərəncamda əvvəlcədən ehtimal olunan bütün komandaların ikihəftəlik karantindən keçməsi ilə bağlı məcburiyyətə təsadüf olunmayıb. Bu isə ölkə çempionatının yalnız birhəftəlik karantindən sonra - mayın ortalarında bərpasının mümkünlüyünə aydınlıq gətirib. Sərəncamda 1-ci və 2-ci bundesliqada matçların koronavirusun yayılmasının qarşısını almaq üçün boş tribunalar önündə keçiriləcəyi vurğulanıb. AFL-in baş direktoru Kristian Zayfert hökumətin qərarına sevinclə reaksiya verib: “Hökumətin gəldiyi qənaət 1-ci və 2-ci bundesliqa üçün xoş xəbərdi. Bu qərar indiki dövrdə klubların məsuliyyətini dərk etmələrinə sübutdu. Klublarımız həqiqətən də, təşkilati işləri mümkün qədər yüksək səviyyədə yerinə yetirirlər. Matçların tamaşaçısız təşkili heç də ideal variant deyil, ancaq bu, bəzi klubların mövcudluğuna təhlükə törədən böhran şəraitində liqaları indiki heyətində saxlamaq üçün yeganə metoddu. Bizə göstərdikləri etimada görə siyasətçilərə təşəkkür etmək istərdim”.
Dünən AFL-ə daxil olan 36 klubun nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilib. Tədbirdə hər iki liqanın başlanma tarixi rəsmən açıqlanıb. Ölkə çempionatının ilk iki divizionunda mübarizə mayın 16-da yenidən start götürəcək. Məlumata görə, 1-ci bundesliqada mövsüm 26-cı turun “Borussiya” (D) – “Şalke-04” matçı ilə bərpa olunacaq. Başqa sözlə, uzun fasilədən sonra Rur derbisinin həyəcanı yaşanacaq. AFL-in planına əsasən mövsümə iyunun 30-da yekun vurulmalıdı.
Ancaq bir sıra faktlar Almaniyada təbii narahatlıq doğurur. Münhenqladbax “Borussiya”sının futbolçuları və əməkdaşları koronavirus testindən keçiblər. Almaniya mətbuatının yaydığı xəbərdə testin nəticələrinə əsasən iki nəfərdə yoluxma aşkarlandığı bildirilib. Virusa yoluxan şəxslərin adı açıqlanmayıb. Onlardan birinin futbolçu, digərinin klubun əməkdaşı olduğu vurğulanıb. Yoluxanlar karantinə göndərilib.
Bundesliqanın digər təmsilçisi “Köln”də də futbolçular, məşqçilər və klubun əməkdaşları koronavirus testindən keçiblər. Klubun saytının yaydığı xəbərə görə, üç nəfərdə koronavirus aşkarlanıb. Həmin şəxslərin iki həftə karantində olacağı vurğulanıb. Virusa yoluxanların futbolçu və ya klubun əməkdaşı olduğu dəqiqləşməyib. Komandanın ehtiyat tədbirlərinə riayət etməklə məşqlərə davam edəcəyi vurğulanıb.
Bu arada AFL klubların koronavirus testinin nəticəsini açıqlayıb. Yerli mətbuatın yaydığı xəbərdə ilk sınaqda birinci və ikinci bundesliqa təmsilçilərində oyunçu və klub işçiləri daxil olmaqla ümumilikdə 1724 test edildiyi bildirilib. Nəticələrə əsasən, 10 nəfərdə koronavirus aşkarlanıb. Bu həftə ikinci sınağın olacağı vurğulanıb. Yeni yoluxma aşkarlanmasa, klublar qrup halında məşqlərini bərpa edə biləcəklər. Əlavə olaraq oyunçuların könüllü şəkildə testdən keçmək imkanının olacağı vurğulanıb. Komanda qrup məşqlərini bərpa etdikdən sonra futbolçuların həftədə iki dəfə koronavirus testindən keçirilməsi planlaşdırılır.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər