Sizin reklam burada

MBA: başlamaq istəyənlər də var, istəməyənlər də

Baxış Sayı:523


MBA-nın bəzi klubları artıq bu həftə məşq bazalarını açmağı planlaşdırırlar. “USA Today”in yaydığı informasiya doğru çıxsa, elə bu gün “Denver”, “Portlend” və “Hyuston” məşqə başlayacaq, növbəti həftə isə “Atlanta” eyni addımı atacaq.
Ancaq fərqli fikirdə olanlar da var. Məsələn, ESPN-in insayderi Brayan Uindhorst bəyan edib ki, MBA-nın ən azı üç komandası yaxın vaxtlarda məşqə başlamaq niyyətindən uzaqdı: “Bu səhər özünütəcrid rejiminin yumşadıldığı ştatlarda qərarlaşan iki komandadan olan adamlarla danışdım. Bu komandalar cümə günü məşq bazalarını açmaq fikrində deyil. Daha bir komandadan olan həmsöhbətim isə mənə dedi ki, klubun “Zoom” proqramı vasitəsi ilə basketbolçular arasında keçirdiyi sorğuda onların əksəriyyəti bazanın açılmasının əleyhinə çıxıb”.
Bir daha xatırladaq ki, ABŞ koronavirusdan ziyan çəkən ölkələr arasında liderdi. Ölkədə 1,3 milyondan artıq yoluxma halı qeydə alınıb, 79 minə yaxın adam vəfat edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR