Futbol yarışlarının təxirə salınmasına görə gözünü hakimlikdən gələn pula dikən insanların hansı durumda olduğunu deməyə ehtiyac yoxdu. Aralarında başqa sahələrdə fəaliyyət göstərənlər olsa da, böyük əksəriyyətin dolanışığı əlindəki bayraqdan, ağzındakı fitdən və cibindəki vərəqələrdən çıxır.
Hər biri vergi ödəyicisi olduğuna görə, dövlət tərəfindən nəzərdə tutulan müavinəti almaq hüququna malikdilər. Artıq pul köçürmələrinə start verilib, hətta başa çatmaq üzrədi. 250 alan kim, 400 alan kim, 700 alan kim. 2019-da ödədikləri verginin məbləğindən asılıdı.
Assosiasiya rəhbərliyi də hakimlərə, AFFA nümayəndələri və hakim-inspektorlara müəyyən mənada yardım etməyi nəzərdə tutub. Artıq bunun üçün plan da hazırlanıb. Necə?
Tutaq ki, Əliyar Ağayev hakimlikdə hər ay orta hesabla 1500 manat qazanırdı. Bu gün vergi ödəyicisi kimi aldığı, yaxud alacağı müavinət 700 manatdısa, qalan 800 manatı AFFA verəcək. Rəhimə də o cür, Raufa da, Rəvana da. Bu gün Azərbaycan hakimliyində təxminən 260 nəfərin adı var. Bura Naxçıvandakı ədalət təmsilçiləri də aiddi. Daha 35-40 nəfər isə AFFA nümayəndəsi və hakim-inspketor kimi fəaliyyət göstərir. Ümumi götürəndə 300 nəfərə yaxın edir. AFFA-nın yardım kimi verəcəyi pulun orta hesabla bir nəfərə 300-350 manat düşdüyünü nəzərə alsaq, assosiasiyanın xəzinəsindən bir ay üçün ayrılacaq məbləğin 100 min manat civarında olduğunu deyə bilərik.
Amma pullar hələ ki köçürülməyib. Çünki AFFA rəhbərliyi vergi ödəyiciləri üçün nəzərdə tutulan müavinətlərin ödənilib başa çatmasını gözləyir. Həmin 300-ə yaxın şəxsin tam siyahısı məlum olandan sonra futbol qurumu digər prosesə başlayacaq. Yəni qalıq kimi kimə nə qədər pul düşməsi hesablanacaq. Odu ki, AFFA-nın indiyə qədər hakimlərə pandemiyaya görə maddi kömək göstərmədiyini deyə bilərik.
HƏBİB

Son xəbərlər

"Real” superkuboku başı üzərinə qaldırdı

Zaniolo "Tottenhem"ə keçmədi

Dadaşovun bərabərlik qolu - VİDEO

Renat Dadaşov komandasını məğlubiyyətdən xilas etdi

Baneqa La Liqa yolunda

Abakarov gümüş medal qazandı - KONYA-2021

"Sumqayıt"dan yeni transfer

"Növbəti mərhələyə adlasaq, hər cür söz verəcəm" - Laurentsiu Regekampf

İdmançılarımızdan daha iki medal - KONYA-2021

“Bizi çətin oyun gözləyir” - Yusuf Laval

“Bizi çətin oyun gözləyir” - Yusuf Laval

Güləşçilərimizdən 3 qızıl medal - KONYA-2021

"Neftçi" ilə oyun maraqlı olacaq" - Patrik Qrayl

"Neftçi"nin özünəməxsus oyun tərzi var" - "Rapid"in baş məşqçisi

Millimizdən 5-ci medal - KONYA-2021

"Neftçi"dən azarkeşlərə müraciət

"İnter"dən "Sassuolo"ya

"Nyukasl" "Çelsi"nin futbolçusunu istəyir

"Qəbələ"dən növbəti transfer

Mariya Stadnik finalda

Leyla Əliyeva güləşçilərimizin çıxışlarını izləyir

PSV-nin futbolçusu "Mançester Yunayted"ə keçə bilər

Hacı Əliyev gümüş medalı təmin etdi

Millimiz Əfqanıstana qalib gəldi

"Neftçi" səfər oyunlarında problem yaşayır" - "Rapid"in baş məşqçisi

"Heyətimizə əsasən gənclər dəvət olunub" - Millimizin üzvü

"Qarabağ" - "Viktoriya" matçının vaxtı açıqlandı

"Qarabağ"ın qələbəsində gözlənilməz heç nə yoxdu" - Yuri Syomin

FFF Qaltyenin PSJ ilə müqaviləsini tanımadı

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

“Real”dan “Jirona”ya keçdi

Silva Barselonada ev axtarır

“Napoli” Ruisi də itirir

"Qarabağ"ın rəqibi pleyy-offa belə yüksəldi - VİDEO

Millimiz oynamadan qələbə qazandı - İslam Oyunları

Sahil Babayev boks millisinin üzvləri ilə görüşdü - FOTOLAR

"Misli" ilə PFL arasında müqavilə imzalandı

Kadi Borges bu göstəricidə birincidi - Çempionlar Liqası

“Ayntraxt”ın ilk, “Real”ın 8-ci cəhdi - YENİLƏNİR

"Daha çox "Ferentsvaroş"la oynamaq istəyirdim" - "Viktoriya"nın baş məşqçisi

"Qarabağ" bu göstəricilərlə ÇL-də birincidi - Statistika

"Belə tez dağılmamalı idik" - "Ferentsvaroş"un futbolçusu

"Neftçi" Avstriyaya yola düşdü

"Hələ Çempionlar Liqasında oynamağa hazır deyilik" - "Ferentsvaroş"un futbolçusu

"Qarabağ"ın qələbəsi Azərbaycanın xalını artırdı

Bütün xəbərlər