Sizin reklam burada

“Mehdi Hüseynzadə” ilin sonuna kimi hazır olacaq

Müəllif: football Tarix: 8-05-2020, 12:23 2 627 Baxış

Pandemiya səbəbindən bütün dünyada olduğu kimi, Azərbaycanda da idman həyatı donub. Martdan etibarən ölkədə bütün yarışlara qadağa qoyulub ki, bu da idmansevərləri çox məyus edir. Ancaq bu arada sevindirici bir məqama da rast gəlmək mümkündü. İdmanın komaya düşdüyü bir vaxtda Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda aparılan təmir işləri tam sürəti ilə davam edir.
Srağagün yolum “gənclik şəhəri”nin ən böyük idman kompleksi tərəfə düşmüşdü. Fürsətdən istifadə edib ölkə başçısının göstərişinə əsasən əsaslı təmir olunan arenaya baş çəkməyi də özümə borc bildim. Düzdü, təmirlə bağlı hasara alınan stadionun ərazisinə keçməyə icazə verilməsə də, kənarda dayanıb müşahidə aparmağa heç kim heç nə demədi. Gördüyüm mənzərə isə ondan xəbər verirdi ki, inşaatçılar verdikləri vədi tuta biləcəklər. Yəni işlər sona qədər belə davam etsə, arada hansısa problem ortaya çıxmasa, “Mehdi Hüseynzadə” ilin sonuna kimi qapılarını idmançıların və idmansevərlərin üzünə açacaq. Köhnə vəziyyətindən əsər-əlamət qalmayan idman kompleksinin inzibati bunasında 4-cü mərtəbə də demək olar ki, hazırdı. Yaxın günlərdə böyük ehtimalla binanın üstü bağlanacaq. Bundan başqa, arenanın qərb tribunasının beton özülü də tamamlanmaq üzrədi. Drenaj sisteminin quraşdılmasında da işlər yekunlaşmaq üzrədi.
RƏŞAD
SON XƏBƏRLƏR