Sizin reklam burada

Essyen “Səbail”də 250 min avro qazanır

Müəllif: football Tarix: 8-05-2020, 12:11 510 Baxış

Maykl Essyenin “Səbail”də qazancı açıqlanıb. Ghanasoccernet.com saytının yaydığı məlumata görə, 38 yaşlı yarımmüdafiəçi ilinə 250 min avro qazanır. Afrikalı paytaxt klubunda ən çox maaş alan futbolçudu. Karyerası ərzində Avropanın tanınmış klublarında çıxış edən Essyen 2019-cu ilin martından “Səbail”dədi.
Yeri gəlmişkən, futbolçu "Çelsi"də çıxış etdiyi vaxt Çempionlar Liqasında "Barselona" ilə keçirdikləri yarımfinalın cavab oyununu yada salıb. "Bu, karyeramda ən yaxşı oyunlardan biri idi. "Barselona" kimi böyük komandaya qarşı çıxış edirdik. Vurduğum qol gözəl alınsa da, nəticə bizim üçün məyusedici oldu".
Essyen həmin görüşün 9-cu dəqiqəsində hesabı açsa da, İnyesta 90-cı dəqiqədə bərabərlik qolunu vurub. İspaniyadakı ilk oyun qolsuz bitdiyindən "Barselona" səfər qolu sayəsində finala yüksəlib.
SON XƏBƏRLƏR