Sizin reklam burada

Çempionluğu tanınsa, “Qarabağ” “Neftçi”yə şərik olacaq

Baxış Sayı:350

Çempionluğu tanınsa, “Qarabağ” “Neftçi”yə şərik olacaq
Təbii ki, futbol üzrə ölkə çempionatının taleyinə biganə olmayan hər kəs tezliklə karantin rejiminin qaldırılmasını, çempionla kubokun sahibinin yaşıl meydanlarda müəyyənləşməsini arzulayır. Amma son günlər koronavirusla bağlı statistikanın pisləşməsi nikbin düşünməyə əsas vermir. Bəs ölkədaxili yarışlar indiki vəziyyətdə dayansa, avrokuboklara vəsiqənin taleyi necə olacaq? Çox güman, belədə kubokun nəticələri nəzərə alınmayacaq və çempionatın turnir cədvəlində ilk 4 pillədə qərarlaşan “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” Azərbaycanı avrokuboklarda təmsil edəcək. Niderland nümunəsi bizdə də tətbiq olunsa, ağdamlılar ÇL-də, paytaxt klubları və sumqayıtlılar isə Avroliqada oynayacaq. Amma məsələnin maraqlı olan başqa tərəfi də var. İndiki turnir cədvəli yalnız avrokubok iştirakçılarını müəyyənləşdirməyə xidmət edəcək, yoxsa “Qarabağ”ın çempionluğu da tanınacaq? Söhbət ondan gedir ki, çempionluğu tanınacağı təqdirdə ağdamlılar avtomatik “Neftçi”nin “ən titullu klub” adına şərik olacaq. Belədə hər iki komandanın çempionluq və kubok sayı bərabərləşəcək. Gümüş və bürünc medallar, kubokun finalında oynamaq isə elə də ciddi dəlil sayılmır. Beləliklə, titul baxımından indiki durumu xatırladırıq...
“Neftçi”
Çempionluq (8) – 1992, 1996, 1997, 2004, 2005, 2011, 2012, 2013
Gümüş medal (3) - 2001, 2007, 2019
Bürünc medal (6) - 1995, 1999, 2000, 2006, 2008, 2018
Kubokun qalibi (6) - 1995, 1996, 1999, 2004, 2013, 2014
Finalçısı (4) - 2001, 2012, 2015, 2016
“Qarabağ”
Çempionluq (7) - 1993, 2014, 2015, 2016, 2017, 2018, 2019
Gümüş medal (3) - 1994, 1997, 2013
Bürünc medal (3) - 2004, 2010, 2011
Kubokun qalibi (6) - 1993, 2006, 2009, 2015, 2016, 2017
Finalçısı (3) - 1996, 1998, 2000

Oxşar xəbərlər
SON XƏBƏRLƏR