İki gün bundan əvvəl “feysbuk”da var-gəl edərkən gözümə Cavid Qurbanov adlı gəncin yazdığı status sataşdı. 17 yaşlı Qurbanov mayın 3-də doğum gününü qeyd edirmiş. Elə yazdığı status da bununla bağlı idi: “17 yaşımı tamamladım, Allaha şükür. Bundan sonra yalnız irəli!” Bu yerdə mən Cavidi də, onun zəhmətkeş atası İntizar Qurbanovu da təbrik edirəm. İnanıram ki, oğul Qurbanov bundan sonra da valideynlərini sevindirəcək, onlara layiq olacaq, çətin gündə ata-anasının əlindən tutmağı bacaracaq. Heç şübhəsiz, ötən 17 ildə valideynləri Cavidin sağlam böyüməsi, futbolla məşğul olması yolunda çox zəhmət çəkiblər. 17 yaş isə bir futbolçu üçün çox məsuliyyətli dövrdü. Artıq uşaq deyilsən, seçim etmək məcburiyyətində qalırsan. Ya futbolçu kimi yoluna davam etməli, peşəkar klubların maraq dairəsinə düşməlisən, ya da topun yox, çörəkpulunun arxasınca qaçmalısan. Əks halda, işsiz-gücsüz qalacaqsan, həyatda özünə yer tapa bilməyəcəksən.
Mən bu yazını Cavidin, yaxud da onunla həmyaşıd olan yeniyetmələrin gözünü qorxutmaq üçün yazmıram. Cavidin istedadlı olmasına şübhə etmirəm. İndiyə qədər çox zəhmət çəkib, hazırda da “Kəpəz”in U-17 komandasının “çərçivəsi”ni qoruyur. Səmimiyyətimə inanın, nə Cavidin özü, nə də onun atası ilə şəxsi tanışlığım var, real həyatda heç vaxt üz-üzə gəlməmişik. Amma gördüyüm qədər Cavidin fiziki göstəriciləri, çalışqanlığı və əzmi onun yaxşı qapıçı olması üçün böyük fürsətdi. Di gəl ki, Azərbaycan futbolunun özünəməxsus reallıqları var. Burda təkcə yuxarıda sadaladıqlarımla yaxşı futbolçu ola bilməzsən. Başqa nüansların olması qaçılmazdı. Səni kimsə əlindən tutub mütləq “dartmalıdı”, yaxud da insaflı məşqçiyə rast gəlməlisən. O da sənə inanmalı, özünü sübut etmək üçün yetərincə şans yaratmalıdı. Sonra da başın gicəllənməməli, qəfil sıçrayışa nail olduğun halda “yüksəklikdən yıxılmamalısan”. Daim öz üzərində çalışmalı, mübarizə aparmağı bacarmalısan. Bütün bunlar vacib olanların yalnız bir qismidi. Hələ bu işin nə qədər görünməyən tərəfi də var. Azərbaycan futbolunun çox mürəkkəb olan reallıqları belədi.
Həmin reallıqlar onu diqtə edir ki, Azərbaycanda əzmlə çalışsan da, uşaqlıq və yeniyetməlik dövrünü məşqlərə sərf etsən də, futbolçu olmağın çox çətindi. İndiyə qədər gördüklərim, müşahidə etdiklərim bu nəticəyə gəlməyimə səbəb olub. Ona görə də şəxsən özüm övladlarımın futbolçu olmasına, buna həvəs göstərməsinə çalışmamışam. İstəməmişəm ki, onlar bu arzuyla yaşasınlar. Oxşar məsləhəti də övladını futbola yazdırmaq istəyən, “yaxşı futbol məktəbi” axtaran neçə-neçə tanış valideynə vermişəm. Uşaqların futbol oynamağa həvəsi həmişə olur. Az-çox istedadı da Allah verir və beləcə valideyn övladını futbolçu kimi yetişdirmək üçün uzun, eyni zamanda da çox çətin bir yola baş vurur. Məmləkətdə normal iş tapmağın çətinliyi də bu məsələdə böyük təsirə malikdi. Təsadüfi deyil ki, az qala hər valideyn övladının böyüyəndə ya polis-prokuror olmasını arzulayır, ya da həkim-stomatoloq. Hər oxuyan Molla Pənah olmadığı kimi, hər uşaq da böyüyəndə polis, ya da həkim ola bilməz. Onda ümid qalır ya müğənniliyə, ya da futbolçu olmağa. Azərbaycan futbolunda “neft inqilabı” baş verəndən sonra futbolçular da cəmiyyətin milyonçular təbəqəsinə daxildilər. Ona görə də ayağı bir az top tutan uşaqların valideynləri həvəsə düşür, gələcəkdə futbolçu valideyni olub, pul saymağın və övladının xoş günlərini görməyin xəyallarını qurur. Bunu gerçəkləşdirmək mümkün olmayanda isə valideyn övladının, övlad da valideynin yanında başıaşağı olur. Çünki futbolçu olmaq üçün nə qədər zaman xərcləyirlər, zəhmət çəkirlər. Alınmayanda isə Əli aşından da məhrum olurlar, Vəli aşından da.
Bugünkü yazımın qəhrəmanı uşaq qəlbində böyük futbolçu olmağın arzularını gəzdirən çoxsaylı azərbaycanlı balalarından biridi. 17 yaşını tamamlayıb, cəmi bir ildən sonra hərbi komissarlıq çağırış vərəqəsini qapıya göndərəcək. Azərbaycanda normal futbol akademiyaları olmadığına görə topun arxasınca qaçan, futbolçu olmağı arzulayan uşaq istər-istəməz dərsdən uzaq düşür. Çünki AFFA-nın keçirdiyi aşağı yaş qrupları üzrə çempionatların oyunları həftəortasına təyin edilir. Deməli, “gələcəyin futbolçusu” avtomatik həftənin bir günü dərsdən qalmağa məcburdu. Azı daha iki gün də məşqə getmək üçün dərsdən “qaçmalısan”. Məşqə gedib-gəlmək üçün uzun yol da qət etməlisən. Bunun üzərinə fiziki yorğunluğu da əlavə edəndə azyaşlının dərs oxumağa həvəsi və enerjisi hardan olsun?! Normal akademiyada bütün bunlar peşəkar mütəxəssislərin nəzarəti altında nizamlanır. Uşaq məktəbdən qaçıb dönər yeyə-yeyə məşqə tələsmir. Nəticədə futbolçu olmağı hansısa səbəbdən bacarmadınsa, təhsilsiz bir gəncə çevrilirsən. Normal təhsil ala bilsəydin, futbolçu ola bilməyəcəyini anlayanda ali məktəbə qəbul olmağa çalışardın. Bizdə isə bu mümkün deyil. Deməli, əsgərliyə yollanırsan. Orda isə idman rejimindən də, futbol məşqlərindən də uzaq düşürsən. 20 yaşında ordudan qayıdan gəncin hər şeyə sıfırdan başlaması isə xeyli çətindi...
Bu yazdıqlarım futbolçu olmağı arzulayan istənilən azərbaycanlı gənci gözləyən çətinliklərdi. Ümid edirəm ki, Cavid və onun kimi başqa istedadlı balalarımız belə tale yaşamayacaqlar. Tezliklə onların səsləri klubların əsas heyətlərindən, milli komandalarımızdan gələcək.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər