“Səbail”in qapıçısı Aleksandr Rıbka Ukrayna mətbuatına müsahibə verib. Azərbaycanda koronavirusla bağlı vəziyyət haqda danışan futbolçu KİV-in yazdıqlarına əsasən deyib ki, son günlər virusdan sağalanlar yoluxanlardan daha çoxdu: “Bakıda karantin rejimi bir qədər yumşalır. Bəzi mağazalar açılıb. Mayın 4-dən sonra isə gözəllik salonları və bərbərxanalar da açılmalıdı. Bununla belə, küçələrdə gəzmək məhdudiyyəti qalmaqdadı. Hansısa məsələyə görə şəhərə çıxmaq istəyirsənsə, xüsusi nömrəyə SMS göndərməlisən. Amma evin həyətində gəzmək - mən hələ parkları demirəm – çətindi. Çox yerdə blok-post qurulub. Orda evdən çıxmağın barədə icazə SMS-in olub-olmadığını yoxlaya bilərlər. Birinci divizion mayın 21-də, premyer-liqa 23-də başlamalıdı. Mümkündü ki, mayın 6-dan sonra qrup halında məşqlərə başlayaq. Hazırda isə fiziki formamızı ev şəraitində, məşqçilərimizin onlayn tapşırıqlarına uyğun davam etdiririk”.