AİJF 100 günə qiymət verdi
Srağagün Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda əsasən üç məsələ müzakirə olunub.
Əvvəlcə AİJF-nin fəaliyyətə başlamasından ötən 100 günə nəzər salınıb. Federasiya prezidenti Qabil Mehdiyev ötən 100 gün ərzində görülmüş işlər barədə hesabat xarakterli məlumat verib. Bu müddətdə qurumun və rəsmi saytın təqdimatı olub, idman jurnalistlərinin ilk respublika toplantısı, Kiberidman Federasiyası ilə birlikdə idman jurnalistləri arasında PES2020 üzrə Azərbaycan çempionatı keçirilib. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım idman jurnalistləri ilə görüş, AİJF-nin koronavirusla bağlı ilk təbliğat videoçarxının, Gənclər və İdman Nazirliyinin və AİJF-nin koronavirusla bağlı birgə hazırladığı videoçarxın təqdimatı, idman mediasının vergi və DSMF ödənişlərindən azad edilməsi ilə bağlı AİJF-nin hökumətə rəsmi müraciəti də görülən işlər sırasındadı. Aprelin 15-də isə AİJF üzvləri 1-ci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına qatılıb.
Həmçinin qeyd edilib ki, federasiya rəhbərliyi bu müddət ərzində gördüyü işlərlə bağlı mətbuatda müntəzəm, məlumat xarakterli çıxışlar edib. Eyni zamanda indiyədək 102 idman jurnalisti federasiyaya üzvlük üçün müraciət edib və onlardan 75-nə müsbət cavab verilib.
İdarə Heyətinin üzvləri görülən işləri qənaətbəxş sayıb və federasiyanın qısa müddət ərzində göstərdiyi fəaliyyəti yüksək qiymətləndiriblər.
“Neftçi” və “Keşlə”nin AİJF-yə müraciətinə baxılıb, Etika Komissiyasının qeyd edilən məsələlərlə bağlı hesabatı dinlənilib. Klublardan daxil olan müraciətlərdə qeyd edilib ki, “Sportinfo.az” saytı “Neftçi” rəhbərliyi haqqında dəfələrlə etik qaydalara sığmayan, şər-böhtan xarakterli, “Keşlə”nin maliyyə fəaliyyəti haqqında isə həqiqətə uyğun olmayan məlumatlar yayıb. AİJF tərəflərlə əlaqə saxlayaraq, onların kompromisə gəlmələrinə çalışsa da, sayt rəhbərliyinin məsələyə soyuq yanaşması səbəbindən nəticə əldə olunmayıb. Sonra məsələ İdarə Heyəti üzvlərinin müzakirəsinə təqdim edilib və yekunda bununla bağlı federasiyanın bəyanat verməsi qərara alınıb.
İclasda Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə birgə, jurnalistlər arasında vebinarın təşkili məsələsinə də baxılıb. İdarə Heyətinin üzvü, Tədbirlərin Təşkili Komissiyasının sədri Elşən Məmmədov vebinarın əhəmiyyəti, qaydaları və bu işdə AİJF-nin üzərinə düşən vəzifələr haqda məlumat verib. Müzakirələrdən sonra AMADA ilə birgə tədbirin keçirilməsinə dair qərar qəbul olunub.

Son xəbərlər

“Bu cür klubdan və məşqçidən təklif gəlirsə...”

İşdə məhəbbət macərası...

Federer şərhçi olacaq

Komandalar 2023-ün təqvimindən narazıdı

Maksim Medvedevə mükafat təqdim edildi

Arum Coşua – Füri döyüşünün baş tutacağına inanmır

“Araz Naxçıvan”ın hazırkı heyəti premyer-liqanın bir neçə klubu ilə mübarizə apara biləcək gücdədi” - Vadim Abdullayev

Həmyerlimiz Rusiya premyer-liqasında təyinat aldı

Sarver “Finiks”i satışa çıxardı

Cinsi azlıqları təhqir etdi, 40 min ödəyəcək

Abasovun köməkçiləri müəyyənləşdi

"Araz Naxçıvan" Türkiyədə turnirə qatılacaq

“Zaqatala”nın pulunun bir hissəsi köçürülüb

“Şamaxı” azarkeşlərin istəyini yerinə yetirdi

Dembele “Barselona” ilə ÇL-i qazanmaq istəyir - MÜSAHİBƏ

Pasveer 39 yaşında dünya çempionatında oynaya bilər

“Qarabağ”ın rəqibində itki

“Sumqayıt”ın yeni baş məşqçisi bəlli oldu

"Komanda inkişaf edir" - Canni De Byazi

“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var” – LAYİHƏ

"Bu oyunda çox zəif oynadıq" - Maqomed Adıyev

Millimizin tarixində ilk!

Millimiz 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

“Neftçi” AFFA-dan xəbər gözləyir

Baqa “Sumqayıt”dan təzminat almayıb

Rabyoya daha bir müştəri

Qazaxıstanı ud, Avropa çempionatında iştirak şansı qazan! - KÖŞƏ

İdmançımız birinci oldu

Keytaya yeni təklif

"Qəbələ" - "Hayduk" matçının hakimləri müəyyənləşdi

Federasiya prezidenti idmançılarla görüşdü

Əməliyyatdan imtina etdi

Bernat PSJ-dən ayrılmağa yaxındı

“Barselona”da ciddi itkilər

“Yuventus”da istefa gözlənilir?

Sulşer ilə Ranqnik MY-ni xərcə salıblar

Azarkeşlər prezidenti istefaya çağırdılar

Fransa klubu cəzalandı

Bir ay oynamaya bilər

Sabah hər şey bəlli olacaq – Ya Tsaxadadze, ya da...

Milli formada 88 qola çatdı

“Kəpəz”in ev oyunlarını Gəncədə keçirəcəyi tarix məlumdu – ÖZƏL

Dzeko "İnter"dən ayrıla bilər

“Kəpəz” yenə çalxalanır - ÖZƏL

"İnter" "Barselona"nın yetirməsini istəyir

Bütün xəbərlər