Sizin reklam burada

“Qarabağ” 1500 ailəyə ərzaq payladı

Baxış Sayı:350


Prezident İlham Əliyevin 19 mart tarixli fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Qarabağ”ın sponsor “Azərsun”un 2 milyon, futbolçuların 50 min, baş məşqçi Qurban Qurbanovun isə 20 min manat ianə etdiyini xəbər vermişdik. “Qarabağ”ın bu gün “Biz birlikdə güclüyük” kampaniyası çərçivəsində növbəti aksiyası təmsil etdiyi rayonla bağlı olub. Belə ki, rayonda yaşayan 1500 ailəyə ərzaq bağlaması verilib.
Qurban bəy jurnalistlərə açıqlama verib: “Futbolçular hamısı öz evindədi. Biz onlarla tez-tez əlaqə saxlayır, görüntülü danışırıq. Bəzən isə görüntülü məşqlər edirik. Çalışırıq ki, futbolçularımızı boş buraxmayaq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR