“Bu məsələ ilə bağlı assosiasiyadan mənim də fikirlərimi öyrənmişdilər”
AFFA-nın bayrağı altında keçirilən müxtəlif yaş qrupları üzrə liqalar martın 4-dən təxirə salınıb. Həmin vaxt ölkədə nə xüsusi karantin rejimi tətbiq olunmuşdu, nə də sərhədlər bağlanmışdı. “Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünal istəsəydi, çox asanlıqla Almaniyaya, ailəsinin yanına qayıda bilərdi. Ancaq nədənsə Hakan bəy Sumqayıtda qalmağa üstünlük verib. Niyə? Bunu artıq özündən eşidək: “Almaniyaya ona görə getmədim ki, həmin vaxt Azərbaycanda qalmaq daha məqsədəuyğun idi. Avropada pandemiyanın sürətlə yayıldığı bir dönəmdə burda durum daha yaxşı idi. Həmin vaxt Almaniyada vəziyyət çox kritik idi. Burda xüsusi karantin qaydaları tətbiq edilmədiyi vaxt Almaniyada adamların küçəyə çıxmasına qadağa qoyulmuşdu. Onu da nəzərə aldım ki, gedib-qayıtmaqla bağlı problemlə üzləşə bilərəm. Onda artıq sərhədlərin bağlanması məsələsi gündəmə gəlmişdi. Fikirləşdim ki, qayıda bilmərəm və ilboyu gördüyümüz işlər heç olar. Mövsümün sonunda akademiyada, komandalarımızın yanında olmağım lazım gəlirdi”.
Karantin aradan qaldırılacağı təqdirdə elita və birinci divizionla yanaşı, srağagün U-19 liqasında da çempionatın bərpa olunacağı xəbəri yayıldı. 19 yaşa qədər futbolçuların çıxış etdiyi liqada mayın 20-də növbəti turun qarşılaşmalarının keçirilməsi gözlənilir. Hakan bəy bununla bağlı AFFA-dan məlumat gəldiyini də vurğuladı: “İki gün öncə AFFA-dan bildirdilər ki, karantin götürülsə, U-19 liqasında çıxış edən komandalar mayın 20-də növbəti çempionat oyununu keçirəcəklər. Mayın 4-nü gözləyirik. Vəziyyət normallaşsa, hər şey AFFA-nın planlaşdırdığı kimi olsa, ayın 4-dən U-19 və U-17 komandalarımız məşqləri bərpa edəcəklər. Sonra təqvimə uyğun olaraq başqa yaş qruplarının məşqlərinə start veriləcək. Komandaların çempionata hazırlıq mərhələsinə təxminən üç həftə ayrılacaq. Bu məsələ ilə bağlı assosiasiyadan mənim də fikirlərimi öyrənmişdilər. Düşünürəm ki, 3 həftə liqalarda mübarizə aparan komandaların çempionata normal hazırlaşması baxımından yetərlidi”.
Sonda türk mənşəli almaniyalı mütəxəssis karantin müddətində rəhbərlik etdiyi akademiyanın komandalarına ayrıca məşq proqramları hazırladıqlarını da bildirdi: “Karantin başlayanda U-9-da daxil olmaqla, U-19-a kimi bütün komandalara ev şəraitində məşq etmək üçün videoproqramlar hazırlayıb təqdim etmişəm. Həmin proqramda futbolçunun yaşına və fiziki göstəricisinə uyğun məşqlər var. Hər yaş qrupuna iki video göndərdik. Videonun biri toplu çalışmalara həsr olunubsa, ikinci daha çox fiziki təmrinlər üzərində qurulub. Yenə deyirəm, hər yaş qrupuna uyğun proqram hazırlanıb. Məşqçilər də hər gün müntəzəm futbolçularla əlaqə saxlayır, onların durumu ilə maraqlanıb mənə məlumat verirlər. İnanıram ki, məşqlərə başlayanda o qədər də əziyyət çəkməyəcəyik”.
RƏŞAD

Son xəbərlər

"Qarabağ"ın rəqibində növbəti itki

Qurban Qurbanov şəhid övladını sevindirdi

MY de Yonqun transferində israrlıdı

Boksçumuz yarımfinalda

"Barselona" onunla bağlı qərarını verdi

"Meydanda bir nəfər az olmağımız hiss olunmadı" - Mahmud Qurbanov

"Təbii örtükdən, süni örtüklü stadiona keçəndə təsirsiz ötüşmür" - Elmar Baxşıyev

PSJ hücumçusuna yeni müqavilə təklif edib

Keyta Almaniya yolunda

"Qəbələ" Bakıdan qələbə ilə dönür - YENİLƏNİB

Albaya yeni müştəri

Damfris İngiltərə nəhənginin hədəfində

Birinci divizionun matçlarının başlama saatı bəlli oldu

"Real" Militao ilə bağlı qərarını verdi

PFL-də yeni müqavilə

Məşhur futbolçu basketbol klubuna transfer oldu

UEFA-nın futbol festivalı Naxçıvanda keçirildi - FOTOLAR

Futbol adamları De Byazinin qovulmasının tərəfdarıdı - AÇIQLAMALAR

Premyer-liqada ən yaxşı baş məşqçi seçildi

Rahid Əmirquliyev: “Guya bilmirdi ki, bundan sonra Qaranın boyu uzanmayacaq?" - AÇIQLAMA

UEFA "Neftçi"yə vəsait köçürdü

Aslan Kərimov: “De Byazinin boy məsələsini səbəb göstərməsi bəhanədi” - AÇIQLAMA

Millimizin futbolçusu klubundan ayrıldı

Samir Əliyev U-21-in daha güclü rəqiblərlə oynamasını istəyir - AÇIQLAMA

"Barselona"nın "Mançester Siti"yə 52 milyon avro borcu var

“Dəstək baxımından da bu stadionlar daha uyğundu” - AÇIQLAMA

Köhnə mahnıların yeni ifaçısı - KÖŞƏ

Ağatahir Əzimov U-19-un üzvlərinə top saxlamağı, ötürmə verməyi öyrədir - AÇIQLAMA

Qriqorçuk Azərbaycanda oynamış futbolçunu komandasına gətirdi

"Benzemanın "qızıl top"u qazanacağına inanıram" - "Real"ın sabiq futbolçusu

Novruz Əzimov “Dinamo-Avto”nu toparlamağa çalışır - MÜSAHİBƏ

"Real Madrid"in futbolçusu La Liqanın ən yaxşısı seçildi

Rüdiger futbolkasını almaq üçün kimi 1 saat gözləyib? - MÜSAHİBƏ

Hiddink yenidən Avstraliya yığmasında?! - TƏHLİL

"Qarabağ"la oyunu buraxacağı dəqiqləşdi

PSJ Messiyə bu müqaviləni təklif etdi

"Olimpiakos"un "Qarabağ"ı məğlub edəcəyinə inanıram" ""Xəzər Lənkəran"ın sabiq futbolçusu

Millimizin oyununu idarə edəcək hakimlər açıqlandı

"Olimpiakos"un yeni transferi "Qarabağ"la oyuna çıxa bilər

Arda Turan üçün vida oyunu keçiriləcək

İngiltərə millisində ayrılıq

"Spartak" 5 illik seriyaya son qoydu

Elxan Abdullayev köməkçisini qovdu - AÇIQLAMA

Gəncə klubunun uğursuz çıxışının iki səbəbi var – AÇIQLAMA

Xaliq Mərdanov oğlunun avtoqoluna münasibət bildirdi - AÇIQLAMA

Bütün xəbərlər