Azərbaycan çempionatlarında 5 dəfə 10 top fərqli nəticə qeydə alınıb. PFL-in saytında yer alan statistikaya görə, “Neftçi” və “Kəpəz” hərəyə iki, “Turan” bir dəfə belə böyük hesabla qalib gəlib. Mütləq rekord isə Gəncə klubuna məxsusdu. “Kəpəz” “Şəmkir”i 12 top fərqi ilə məğlub edib – 14:2. “Neftçi” ən böyük “quru” hesabın müəllifidi. Bakılılar “Şahdağ”ın qapısından 11 top keçiriblər. “Ağ-qaralar” həm də səfərdə ən böyük hesabla qalib gələn komandadı. “Neftçi” Sumqayıtda “Xəzər”in qapısına 10 cavabsız qol vurub. “Turan” eyni hesabla “Kürmük”ə qalib gəlib. İki ağır məğlubiyyət alan “Şahdağ” Gəncədə “Kəpəz”ə qol vursa da, 10 top fərqi ilə məğlub olub.
Qeyd edək ki, koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümün ən böyükhesablı nəticəsi bu il fevralın 15-də keçirilən “Zirə” – “Qarabağ” (0:6) görüşünə təsadüf edib.
10 və daha çox top fərqiylə qazanılan qələbələr
1996/97
23.11.1996. “Kəpəz” – “Şəmkir” 14:2
1998/99
07.02.1999. “Neftçi” – “Şahdağ” (Qusar) 11:0
1993/94
28.05.1994. “Turan” – “Kürmük” 10:0
1994/95
20.10.1994. “Xəzər” (Sumqayıt) – “Neftçi” 0:10
1998/99
19.09.1998. “Kəpəz” – “Şahdağ” (Qusar) 11:1