Sizin reklam burada

Teymurla Şəhriyar “tərpənmədi”

Baxış Sayı:323


FIDE may ayı üçün reytinq cədvəlini açıqlayıb. Yığmamızın üzvlərindən Teymur Rəcəbov (2765) 9-cu pillədəki yerini qoruyub. Şəhriyar Məmmədyarov (2764) yenə 11-ci yerdədi. Qədir Hüseynov (2665) 72-ci, Nicat Abasov (2664) 74-cü, bir pillə irəliləyən Rauf Məmmədov (2654) 90-cı yerdən “boylanır”. İlk “üçlük”də Maqnus Karlsen (Norveç, 2863), Fabiano Karuana (ABŞ, 2835) və Dinq Liren (Çin, 2791) qərarlaşıb.
Qadınların sıralamasında iki pillə irəliləyən Günay Məmmədzadə (2443) 29-cu yerdədi. Gülnar Məmmədova (2382) 77-ci, Xanım Balacayeva (2376) 86-cı pillədə yer alıb. Yifan Hou (Çin, 2658) birinci, Humpi Koneru (Hindistan, 2586) ikinci, Aleksandra Qoryaçkina (Rusiya, 2582) üçüncüdü.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR