Koronavirus Paulo Dibaladan heç cür əl çəkmək istəmir. Argentina yığmasının və “Yuventus”un yarımmüdafiəçisinin bu günlərdə verdiyi koronavirus testi növbəti dəfə pozitiv çıxıb. Bu artıq son 40 günə yaxın müddətdə Dibalada pozitiv çıxan 4-cü koronavirus testidi!
26 yaşlı futbolçunun koronavirusa yoluxduğu ilk dəfə martın 21-də bəlli olmuşdu. O, öz sevgilisi Oriana Sabatiniylə birlikdə xəstələnmişdi. Maraqlıdı ki, həmin vaxtdan bəri futbolçu özünü heç də pis hiss etmir. O, evdə məşq edir və tez-tez şəkillər paylaşır. Oriana Sabatinini dinləyək: “Martın 21-də birlikdə verdiyimiz testin nəticəsi müsbət olmuşdu. Bir neçə gün sonrakı ikinci test neqativ çıxsa da, 3 və 4-cü testlər yenə pozitiv çıxdı. Nəticələrdəki bu fərqliliyin səbəbini anlamırıq. Amma məndə hələ də koronavirus var”.
Bir ara simptomlar yox olduqdan sonra cütlük bir müddət normal həyata qayıtdı. Dibala məhz həmin an məşq şəkillərini paylaşaraq fanatlarını sevindirdi. Onlar hətta Dubaya yollanmaq istəsələr də, sonda bu ideyadan vaz keçərək evdə qalmağa üstünlük verdilər. Dibala son günlər yenə fəal məşq edir. Amma aprelin 29-da onda növbəti dəfə koronavirus testinin pozitiv çıxdığı məlum olub.
Dibala digər xəstələrə də yardım etməyə vaxt tapır. O, FIFA-20 üzrə xeyriyyə turniri təşkil edib. Xames Rodrigesin qələbəsiylə nəticələnən turnir Argentina televiziyasıyla canlı yayınlanırdı və tamaşaçılardan ümumilikdə 275 min dollardan çox pul yığıldı. “Yuventus”da koronavirusa yoluxduğu məlum olan digər iki futbolçu – Blez Matuidi və Daniele Ruqani artıq sağalıb. Onların hər ikisinin son testləri neqativ çıxıb.
Xatırladaq ki, mayın 4-dən İtaliyada karantin qaydaları yumşaldılacaq. Futbolçulara qruplara bölünmək şərtiylə məşqlərə başlamağa icazə veriləcək. 18-dən etibarən isə komanda şəklində məşqlər başlayacaq. Amma ölkədə heç də hamı bu qərarı dəstəkləmir. İtaliyanın səhiyyə naziri Pyerpaolo Sileri “bu ideya mənə inandırıcı görünmür. Futbol tennis və ya “Formula-1” deyil. Futbol təmas idman növüdü. Ona görə də virusun yayılmaq ehtimalı mövcuddu”, - deyə qərara etiraz edib. Elə FIFA-nın səhiyyə komitəsi də bütün ölkələrə cari mövsümü vaxtından əvvəl başa vurmağı və artıq yeni mövsümə köklənməyi məsləhət görüb. A seriyası klubları da faktiki iki yerə bölünmüş durumdadı. “Latsio” başda olmaqla iddiası davam edən klublar mövsümün davam etdirilməsinin, iddiasızlar isə başa çatdırılmasının tərəfdarıdı. “Latsio” hətta lazım gələrsə, “Yuventus”la “qızıl oyun” keçirməyə belə hazır olduğunu vurğulayıb. Sonda qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 200 mini ötüb (203591). Virusdan dünyasını dəyişənlərin sayı isə 27682 nəfərdi.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər