Sizin reklam burada

MMA döyüşçüsü futbolçunu məğlub etdi

Baxış Sayı:418


Azərbaycanlı idmançılar “PlayStation”da güclərini sınayıblar. Belə ki, İTV-də yayınlanan “Evdə Qol” verilişinin qonaqları “Zirə”nin və yığmamızın yarımmüdafiəçisi Cavid Hüseynovla MMA döyüşçüsü Tofiq Musayev olub. Virtual yarışın 1/4 finalında baş tutan görüşdə Cavid “Liverpul”la, Tofiq isə “Real”la oynayıb. Hüseynov ilk qarşılaşmadan 1:0 hesabı ilə qalib ayrılsa da, ikinci matçda inamlı qələbəyə (4:1) sevinən Musayev mərhələ adlayıb. MMA döyüşçüsünün yarımfinalda rəqibi 1/4 finalda futzal yığmamızın və “Araz”ın qapıçısı Rövşən Hüseynlini məğlub edən taekvondoçu Ayxan Tağızadə olacaq. Qalan 1/4 final cütlərini futbolçu Ramil Şeydayevlə cüdoçu Hidayət Heydərov, güləşçi Hacı Əliyevlə boksçu Alfonso Dominges təşkil edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR