Sizin reklam burada

Rauf Məmmədov turnir keçirəcək

Baxış Sayı:444


Şahmat yığmamızın üzvü Rauf Məmmədovun təşəbbüsü və dəstəyi ilə "Biz birlikdə güclüyük" adlı onlayn turnir keçiriləcək. 17 yaşadək şahmatçıların qatılacağı yarış İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq və mayın 1-də başlayacaq. Rauf 500 manat mükafat fondu ayırıb. Qalib 100, 2-ci yer 80, 3-cü yer 50, 4-cü yer 40, 5-ci yer 30, 6-10-cu yerlərdə qərarlaşanlar 20 manat qazanacaq. Qızlar arasında qalib və 12 yaşadək iştirakçılar arasında ən yaxşı nəticə göstərən hərəyə 50 manat əldə edəcək. Partiyaları Rauf özü canlı şərh edəcək. Turnir chess.com saytının "Biz birlikde gucluyuk” virtual klubu üzərindən (əvvəlki adı ilə U17 Qran-Pri klubu, Qran-Pridə qeydiyyatdan keçmiş şahmatçılar üçün təkrar qeydiyyata ehtiyac yoxdu, birbaşa yarışa qoşula bilərlər) keçiriləcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR