Sizin reklam burada

Aydın "Qran-pri"də qalib gəldi

Baxış Sayı:419

Aydın "Qran-pri"də qalib gəldi
“Təhsil” Respublika İdman Mərkəzinin təşkil etdiyi sürətli şahmat üzrə 17 yaşadək şahmatçılar arasında onlayn "Qran-pri" turniri başa çatıb. Yarışda 17 yaşadək məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən UGİŞM-lərin və klubların şahmatçıları iştirak edib. Seçmə mərhələdən sonra final mərhələsi baş tutub. Burda ilkin mərhələni adlayan 15 şahmatçıya təşkilatçılar tərəfindən dəvət olunan Aydın Süleymanlı qoşulub. Yarışın qalibi də Aydın olub. O finalda Elmar Atakişiyevi məğlub edərək, turnirin əsas mükafatı olan 300 manat qazanıb.
Qeyd edək ki, 15 yaşlı Aydın Süleymanlı dünya və Avropa çempionu, Şahmat Olimpiadasının, “Aeroflot Open” turnirinin son qalibidi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR