Sizin reklam burada

Rauf Məmmədovun həyat hekayəsi

Baxış Sayı:432


“Barmağında nişan üzüyü, 78 kq və 2709 reytinq”
Rusiya Şahmat Federasiyasının piar direktoru Kiril Zanqelis qurumun saytında Rauf Məmmədovla bağlı maraqlı yazı dərc edib. Zanqelis yığmamızın üzvünün həyat kitabını vərəqləyib.
* Azərbaycanın ən güclü qrossmeysterlərindən biri Rauf Məmmədov haqda əfsanələr qoşmaq mümkündü. O, planetin ən parlaq şahmat istedadlarındandı. Bununla belə, həyatın başqa sahələrini da tez dadıb. Ziyalı ailədə tərbiyə alsa da, siqaret, içki və azartlı oyunlara çox tez başlayıb. Özü etiraf edir ki, hələ uşaq bağçasında siqaret çəkib. 15 yaşında mükafatın bir pivə çəlləyi olduğu turnirdə qalib gəlib. Hələ o yaşdaykən nümayişkəranə şəkildə çəlləyi boşaldıb. Raufla bağlı o qədər söhbətlər gəzir ki, bunlardan kitab yazmaq mümkündü. Onunla 2012-ci ildə İstanbulda keçirilən Şahmat Olimpiadasında tanış olduq. Mən böyük şahmatda yoluma yeni başlamışdım, Rauf isə təcrübəli döyüşçü idi. Ziyafət zamanı əlində badə yanımızdan keçərək öz tərzində danışırdı: “Yox, siz təsəvvür edə bilərsizmi ki, kapitan ardıcıl yeddi dəfə məni qara fiqurlarla oynamağa məcbur etdi! Yeddi!” Biz tanış olmaya bilməzdik və həmin vaxtdan ayrılmaz dost olduq. 2014-cü ildə İddiaçıların turnirində Xantı-Mansiysk buzlarında ölür, Tromse-2014 Olimpiadasında Norveç “fyord”larını fəth edir, 2015-də Bakıdakı dünya kubokunda “Liman” kafesinin altını üstünə çevirirdik. Son 8 ildə Rauf mənə qardaş kimi oldu. Hər şey çox şən və qayğısız idi, içkili və dadlı idi, yalnız dostumun nəticələri yerində qalmışdı. Yalnız çəkisi artırdı, amma şahmat dünyasında deyil. 170 sm boy ilə 100 kq-dan artıq çəki yığmışdı.
* 2016-cl il iyunun 11-də sonuncu damla alkoqolumu içdim. Mən 30 kq çəki atdım, idmanla məşğul oldum və öz sabiq “dostlarım”a, daha doğrusu, içki yoldaşlarıma maraqlı olmadım. Amma Raufla əvvəlki kimi yaxından ünsiyyət qururduq. 2017-ci ilin sentyabrında qəhrəmanımızın həyatında həmin dönüş anı oldu. Rauf Krımdan gələrək Moskvada mənim evimdə qaldı.
- Kirill, mən aşıq olmuşam, onsuz yaşaya bilmirəm, istəyirəm ki, o, həyat yoldaşım olsun.
- Çox gözəl, toyda şənlənərik.
- Yox. O, hər hansı toy istəmir. Mən hər şeyi başa düşürəm, mən “əyyaş”, piyliyəm, şahmatda heç nəyə nail olmamışam. Mən çoxdan 2700 reytinqinə (elit qrossmeyster norması) malik olmalıydım. Çoxdan ciddi nəsə qazanmalıydım. Amma indi – təkcə “paxmel”, borclar və çox artıq kiloqramlar. Natalya heç vaxt mənə ərə gəlməz.
- Rauf, sən bilirsən, yaxın dostum Vanya Adamov mənə sübut etdi ki, həyatda mümkünsüz heç nə yoxdu. Sən özünü ələ almalısan. Sən Nataşaya yox, özün-özünə sübut etməlisən ki, dəyişə bilərsən, ona layiqsən. Onda onun özü sənə gələcək
* Rauf dərindən ah çəkdi və birinin ardınca digərini süzdü. Ona görə çox təəssüflənir, eyni vaxtda qəzəblənirdim. Göz yaşı axıtmaq, özünə yazığı gəlmək və 12 saata 2 litr arağı boşaltmaq lazım idimi? “O, özünü öldürür, mən kömək etməliyəm” düşüncəsi ilə dedim: “Rauf, qarşıda sənin ciddi turnirin var. Noyabrda komandalararası Avropa çempionatı olacaq. Sən ora parlaq formada getməlisən, qızıl qazanmalısan. Onda Nataşa üçün əsl qəhrəman olacaqsan. O, sənə ərə gələcək. Amma... Turnirin ən yaxşı oyunçusu ol. Sabahdan mən sənin məşqçinəm. Rokki kimi işləməyə başlayaq. Rauf yenə süzdü və içdi...”
* Səhər Rauf vətəninə uçdu. Bakıda içməyə davam etdi. O, şüursuz və sıxılmış vəziyyətdə nüfuzlu, amma o qədər də vacib olmayan komandalararası Avropa çempionatına yollandı. Heç də favorit olmayan klubu ilə 3-cü yeri tutdu. Hərçənd öz kumiri və dostu, dünyanın ən güclü qrossmeysterlərindən biri Aleksandr Qrişuka qalib gəlsəydi, qızıla sahib çıxacaqdılar. Bununla belə, 5 mümkün xaldan üçünü topladı, içməyə və Natalyaya görə əzab çəkməyə davam etdi. Oktyabrın sonunda çox nüfuzlu komandalararası Avropa çempionatı başladı. Azərbaycan milli komandası əla mükafatlar əldə edə bilərdi. Lakin yaxşı mükafat üçün dövlətin bir şərti var idi: qızıl. Rauf Yunanıstana tam dağınıq yollandı. Biz hər gün zəngləşirdik, mən onun “paxmel” üzünü, sevən, amma xoşbəxt olmayan gözlərini görürdüm. Ürəyim qan ağlayırdı. “Raufçik, sən bacararsan, sən bunu etməyə borclusan”, - deyə ona qışqırırdım: “Sən qalib gəlsən, mən kitab yazacam, səni mətbuatda məşhurlaşdıracam, ən əsası, Natalya sənə hörmət etməyə başlayacaq”.
* Azərbaycan yığması ilk üç turu iyrənc keçirdi. İtaliyaya məğlubiyyət, Avstriya üzərində qələbə və İspaniya ilə heç-heçə. Baxmayaraq ki, Raufun özü iki qələbə qazanıb, bir heç-heçə etmişdi. Həmin vaxt sosial şəbəkədə status yazdı: “Azərbaycan, inan ki, biz hələ qayıdacağıq”. Sonra nə baş verdisə, bütün şahmat dünyası onlara heyran etdi. Bu, hər şeydən əvvəl məni heyrətləndirdi. Rauf hər oyundan əvvəl mənə zəng edirdi. Görürdüm ki, o, axşam başverənlərdən sonra o necədi. Buna baxmayaraq, Azərbaycan yığması ardıcıl 5 qələbə qazandı. Bütün qələbələri də komandasına Rauf qazandırdı. Aşiq, içkili, Don Kixot kimi insan, düşmən dəyirmanlarına atılır və öz Dulsiniyasına görə onlara qalib gəlirdi. Ən dramatik qarşılaşma Ermənistanla oldu. Oyun heç-heçə bitsəydi, Raufun komandası qızılı da görməzdi. Qalib gəlməli olduğu vəziyyətdə (həmin vaxta qədər turun digər partiyaları başa çatmışdı) Rauf üstünlüyü tam əldən verdi. Kompüter belə bütün hallarda heç-heçə olacağını göstərirdi. Amma Məmmədov təslim olmadı. O, rəqibi səhvə vadar etdi. Bu qələbədən sonra Azərbaycan yığması yarışı ümumi qələbəyə daşıdı. Rauf isə fenomenal nəticə göstərdi: 9 oyundan 8 xal (7 qələbə, 2 heç-heçə).
* Necə düşünürsüz, bütün ölkənin ona dua etdiyi, bütün iştirakçıların alqışladığı vaxtda bu adam yarışdan sonrakı ziyafətdə nə etdi? Ağısızlığa qədər içdi? Başını itirdi? Qürurdan dəli oldu? O, öz Natalyasına və mənə zəng vurdu, içməyi və özünü ələ almağı söz verdi. Həmin gündən də sözünü tutur. Bəzən bunu pozursa da, bu, mədəni və ləyaqətli baş verir. Bakıda komandanı Prezident İlham Əliyevlə görüşə dəvət etdilər. Rauf telekanallardan və qəzet səhifələrindən düşmürdü. O, çox sanballı mükafat aldı, bütün borclarını verdi və idman zalına yazıldı.
* Təxminən bir il sonra Rauf mənə qonaq gəldi. Barmağında nişan üzüyü, 78 kq çəki və 2709 reytinq ilə...

Oxşar xəbərlər
SON XƏBƏRLƏR