Sizin reklam burada

“Rus, türk, ərəb pop musiqilərinə qulaq asıram”

Baxış Sayı:388


Karate üzrə beşqat dünya çempionu Rafael Ağayev ukraynalı həmkarı, ikiqat Avropa çempionu Anjelika Terlyuqa ilə “instaqram” üzərindən canlı bağlantı qurub. Rafael sosial şəbəkələrə marağının olmadığını bildirib: “Feysbuk”a çox girmirəm. Heç öz şifrəmi bilmirəm. Vaxtımı əsasən “instaqram”da keçirirəm. İngiliscə bilmədiyimə görə, yazılanları dostuma tərcümə etdirirəm. Bəzən ərəbcə də yazırlar. Braziliya, Meksika kimi ölkələrdən yazıb fanatım olduqlarını deyirlər. Cazz və repə qulaq asmıram. Çünki bu janrı başa düşmürəm. Rus, türk, ərəb pop musiqilərinə qulaq asıram”.
Yığmamızın kapitanı çəkindiyi rəqibin İrandan olan, milliyyətcə azərbaycanlı, 4 qat dünya və 4 qat Asiya çempionu Bəhmən Əsgəri Qönçə olduğunu etiraf edib: “O, çox ucaboydu, qolları da uzundu. Bu üzdən onunla döyüşəndə çox yaxınlaşmamağa çalışıram. Çünki əlləri ilə məndən asanlıqla xal ala bilər. Bəhmən mənim üçün arzuolunmaz rəqibdi”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR