COVID-19 pandemiyası səbəbindən ölkədə tətbiq olunan xüsusi karantin rejimi futbolu “dondurub”. Bəzi klublar futbolçular üçün onlayn məşq proqramı tətbiq etsə də, əksəriyyət fərdi qaydada məşq edir. Karantin rejimində əlaqə saxladıqlarımızın hamısı, demək olar ki, birağızdan fərdi hazırlığın kollektiv məşqlərin yerini vermədiyini bildirib. Ancaq bu gün əldə etdiyimiz məlumata əsasən deyə bilərik ki, futbolçuların iztirablı günlərinin sonuna az qalıb. Etibarlı mənbədən əldə etdiyimiz xəbərə inansaq, premyer-liqa təmsilçilərinin hamısı mayın 5-dən məşqləri bərpa edəcəklər. Təbii ki, o müddətək ölkədə pandemiya yenidən alovlanmasa və xüsusi karantin rejiminin şərtləri sərtləşməsə. Mənbəmiz onu da bildirdi ki, artıq bu haqda klublara bilgi verilib.
RƏŞAD