Sizin reklam burada

Yarısı ödənilib, qalanını da ayın sonunda alacaqlar

Baxış Sayı:638


Bir neçə gündü divizion təmsilçiləri “Kəpəz”, “Turan Tovuz” və “Zaqatala”da maaş probleminin yaşandığı haqda xəbərlər tirajlanır. Deyilənə görə, AFFA-nın maliyyələşdirdiyi bölgə təmsilçilərinin oyunçularının aylıq məvacibi yarıbayarı kəsilib. Futbolçuların bu qərara etiraz etidiyi və məşqlərə çıxmayacağı deyilir. Məsələnin nə yerdə olduğunu öyrənmək üçün adı çəkilən komandaların baş məşqçiləri ilə əlaqə saxladıq.
Yaşar Vahabzadə (Kəpəz): “Açığı, mən də bu haqda mətbuatdan oxumuşam. Guya futbolçular kiməsə şikayət ediblər ki, onların pulu verilməyib. Mən öz uşaqlarımızdan danışıram. Yanvar və fevral aylarının maaşını alıblar. Martın isə yarısı ödənilib, qalanı da bu ayın sonunda verilməlidi. Bu günə qədər heç bir oyunçumuz məndən pul barədə nəsə soruşmayıb. Ancaq çempionatın, məşqlərin nə vaxt başlayacağı ilə maraqlanırlar. Deyirlər ki, futbolçular boykot edəcək çempionatı. Hara boykot edirlər? Oyunlar başladı ki, boykot da etsinlər?”
İlham Yadullayev (Turan Tovuz): “Bunu mən də oxumuşam. Ancaq bizdə belə problem yoxdu. Daim futbolçularla əlaqədəyəm. Martın maaşının yarısı verilib, qalanı da aprelin sonunda ödəniləcək. Rəhbərliklə maaşın azaldılması haqda heç bir söhbət olmayıb”.
Rüstəm Məmmədov (Zaqatala): “Bizdə belə problem yoxdu. Biz həmişə bu ayın maaşını növbəti ayın sonunda alırıq. Ancaq koronavirsula bağlı çempionat dayandı deyə, rəhbərlik martın əməkhaqqını aprelin əvvəlində ödədi. Çünki oyunçular evə gedirdi, ehtiyac yaranar deyə, belə qərar verdilər. Qalanı da aprelin sonunda ödənilməlidi. Ola bilsin, bəzi yerlər işləmədiyi üçün mayın əvvəlində versinlər. Rəhbərlik söz veribsə, əməl edəcəyinə əminik. Bizə maaşın azaldılacağı, yarısının veriləcəyi haqda heç nə deyilməyib. Kimdəsə maddi çətinlik yaranırsa, maaş verilənə qədər özümüz ona kömək edirik”.
HƏSƏN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR