Sizin reklam burada

Şəhriyar 20 nəfərə qarşı oynayacaq

Baxış Sayı:349


Şəhriyar Məmmədyarov ABŞ-ın “US Chess Hub” təşkilatı tərəfindən keçirilən və chess.com saytında yayınlanacaq onlayn seansda iştirak edəcək. 35 yaşlı qrossmeyster 20 nəfərə qarşı oynayacaq. Rəqiblərdən dördü ABŞ Şahmat Federasiyasının reytinqi ilə 2300, 2200, 2100 və 2000, qalan 16 nəfər isə 2000-dən aşağı əmsala malik olacaq. Həmin şəxslər 45 dəqiqə+10 saniyə, Şəhriyar isə 90 dəqiqə+10 saniyə sistemi ilə oynayacaq. Daha sonra 45 dəqiqəlik fasilə müddətində təhlil və sual-cavab prosesi olacaq. Həmin mərhələ "Zoom" proqramı vasitəsilə canlı yayınlanacaq və suallara Şəhriyarla yanaşı, ABŞ-da yaşayan Rəşad Babayev cavab verəcək. O, yarışın təşkilatçısı olmaqla yanaşı, iştirakçı şahmatçılardandı. Məşqçilik karyerasında böyük uğurlara imza atıb. Seans mayın 3-də baş tutacaq və ABŞ-ın Sietl şəhərinin vaxtı ilə saat 9.00-da başlayacaq. Şəhriyara qarşı oynamaq istəyənlər mayın 2-dək qeydiyyatdan keçməlidilər.
Qeyd edək ki, Şəhriyarın bacısı Zeynəb Məmmədyarova dünən gənc və yeniyetmə şahmatçılar üçün onlayn seans keçirib. Qadınlardan ibarət yığmamızın üzvü 24 nəfərə qarşı oynayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR