Marko Deviç karyerasını başa vurmağı qərara alıb. "Sabah"ın 37 ukraynalı forvardı vida oyunu keçirməyi də düşünür: "Sabah"la müqaviləmin müddəti cari mövsümün sonunda başa çatacağına görə karyeramı bitirəcəm. Artıq özümü peşəkar futbolçular arasında görmürəm. Vida oyununu Xarkovda keçirmək istəyirəm. Amma yəqin ki, bu, olmayacaq. Bəlkə də vida görüşü vacib deyil, çünki futbolda çox şey etdim. Azarkeşləri, xüsusilə Xarkovdakı insanları sevindirə bildim. Bəlkə məşqçi və ya futbol agenti olacam. Bu iki şey barədə düşünürəm".
Yeri gəlmişkən, "Sabah" bu gün ukraynalı legioneri Marko Deviçlə yolları ayırıb. Bu haqda klubun rəsmi saytı xəbər yayıb. Qeyd olunub ki, koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunmağa başlayanda Marko klub rəhbərliyinə müraciət edərək ölkəsinə, ailəsinin yanına yollanmaq istədiyini söyləyibmiş: "Onun bu istəyinə müsbət cavab verilmişdi. Futbolçu ilə klub rəhbərliyi arasında belə bir razılaşma olmuşdu ki, xüsusi karantin rejiminin vaxtı uzadılacağı halda, onun müqaviləsi uzadılmasın. Bu razılaşmaya əsasən artıq Deviçin “Sabah”la müqavilə müddəti bitib. Markoya kluba verdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq".
Qeyd edək ki, 37 yaşlı futbolçu ötən mövsüm bombardiri olduğu "Sabah"a qış fasiləsində qayıtmışdı.