Sizin reklam burada

FİDE-nin prezidenti Rəcəbovun kapitanı olacaq

Baxış Sayı:390


Şahmat üzrə onlayn Millətlər Kubokunda iştirak edəcək komandaların heyəti müəyyənləşib. Xəbər verdiyimiz kimi, Teymur Rəcəbov dünya yığmasının heyətində yer alacaq. Özü də yığmamızın üzvü 1-ci lövhədə mübarizə aparacaq. FİDE prezidenti Arkadi Dvorkoviçin kapitanı olduğu komandada həmçinin iranlı Alireza Firuzca, misirli Bassem Amin və ukraynalı Mariya Muzıçuk yer alıb. Perulu Xorxe Kori və qazaxıstanlı Dinara Saduakasova ehtiyat oyunçulardı.
Altı komandanın iştirakı ilə keçiriləcək iki dövrədən ibarət yarışın mükafat fondu 180 min dollardı. İlk mərhələ mayın 5-9-u aralığında baş tutacaq. Mayın 10-da isə iki ən güclü komanda superfinalda üz-üzə gələcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR