Sizin reklam burada

Elman Rüstəmov Teymura görə FİDE-yə müraciət etdi

Baxış Sayı:407


Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəhbəri Arkadi Dvorkoviçə məktub ünvanlayıb. Məktubda dünyanı bürüyən koronavirus pandemiyası zamanı Rusiyada bütün idman yarışlarının təxirə salındığı yada salınaraq, bununla belə, Yekaterinburq şəhərində şahmat üzrə İddiaçıların turnirinin təşkili barədə yazılıb.
AŞF FİDE rəhbərliyindən Teymur Rəcəbovun hüquqlarını qorumağı və Azərbaycan şahmatçısını İddiaçıların turnirinə qaytarmaqla ədaləti bərpa etməyi xahiş edib.
Qeyd edək ki, Teymur Rəcəbov iştirakçıların sağlamlığının təhlükə altına alınması səbəbindən İddiaçıların turnirinin başqa tarixə təxirə salınmasını təklif edib. FİDE bununla razılaşmayıb və yığmamızın üzvü Maksim Vaşye-Laqravla əvəzlənib. Nəticədə koronavirus pandemiyasına görə turnir martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub. Turnirin başqa vaxtda davam etdiriləcəyi açıqlanıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR