Sizin reklam burada

Çempionatlar avqustun 3-nə qədər bitməlidi!

Baxış Sayı:314


UEFA bu gün quruma üzv olan 55 ölkənin federasiyalarıyla növbəti videokonfrans keçirib. Hər bir federasiyaya qəbul olunan yeni qərarlarla bağlı məlumat verilib.
İlk qərar ondan ibarətdi ki, Avropanın ali futbol qurumu federasiyalardan mövsümü ən gec avqustun 3-nə qədər bitirməyi tələb edib. Bundan başqa, qurum iyunda oyunları başlaya bilməyəcək ölkələrə pley-off sistemini tətbiq etməyi məsləhət görüb. Amma iyunda mövsümü davam etdirə bilməyəcək ölkələr bu qərarı ən gec mayın 27-nə qədər UEFA-ya bildirməlidi. Videokonfransda mövsümü heç cür bitirmək iqtidarında olmayan və çempionatı qaldığı yerdə bitirmək məcburiyyətində olan ölkələrin klublarının avrokuboklara buraxılma prinsipi də müzakirə olunub. UEFA burda idman prinsiplərinin əsas tutulacağını bildirib. Yəni çempionat dayandırılan anda turnir cədvəli necə formalaşıbsa, klublar da avrokuboklara buna əsasən buraxılacaq. Oyun sayı eyni olmayan çempionatlarda isə hər oyuna orta hesabla toplanılan xal əsas götürüləcək. Bununla da UEFA belə ölkələrdə klubların avrokuboklara UEFA-da toplanan reytinq xalına görə buraxılacağıyla bağlı şayiələrə birdəfəlik son qoyub. Amma ölkə kubokunda yoluna davam edən və ya finala yüksələn klubların aqibəti hələ də bəlli deyil. UEFA-nın daha bir qərarı isə klubları sevindirib. Belə ki, qurum yığma komandalara oyunçu göndərən 55 ölkənin 676 klubuna ümumilikdə 70 milyon avro yardım edəcək. Videokonfransda qadınlar arasında AÇ-2021-in birilliyə təxirə salınmasına da qərar verilib. Gələn il iyulun 6-31-i aralığında İngiltərədə keçirilməsi nəzərdə tutulan turnir 2022-ci ildə eyni ölkədə və eyni tarixdə keçiriləcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR