Sizin reklam burada

Teymur Millətlər Kubokunda oynayacaq

Baxış Sayı:333


FİDE və populyar chess.com saytının təşkilatçılığı ilə onlayn Millətlər Kuboku keçiriləcək. Yarış mayın 5-10-u aralığında təşkil olunacaq. 180 min dollar mükafat fondu uğrunda 6 komanda – Rusiya, ABŞ, Avropa, Çin, Hindistan və dünya yığması mübarizə aparacaq. Hər komandanın heyətində ən azı bir qadın şahmatçı da yer alacaq. Komandalar mayın 9-dək iki dövrədə güclərini sınayacaqlar. Mayın 10-da isə superfinal baş tutacaq.
Millətlər Kubokunda bir çox şahmat ulduzu oynayacaq. Sabiq dünya çempionu Vişvanatan Anand Hindistan yığmasının uğuru üçün çalışacaqsa, digər sabiq dünya çempionu Harri Kasparov Avropa yığmasının kapitanı olacaq. Həmyerlimiz Teymur Rəcəbov dünya yığmasının heyyətində yer alacaq. Turnir FİDE və chess.com saytının “twitch”, “yutub”, “mixer”, “tvitter” və digər sosial şəbəkələri üzərindən canlı yayınlanacaq.
Yeri gəlmişkən, Teymur Rəcəbov karantin günlərindən səmərəli yararlanmağa çalışır. 35 yaşlı qrossmeyster dünya şöhrətli aktyor Alen Delonun baş rolda çəkildiyi “Siciliya klanı” filmi üçün bəstələnən musiqiyə qulaq asır. Onun dinlədiyi musiqi parçalarından biri də “Queen” qrupunun ifa etdiyi, Aygün Kazımova tərəfindən remiks olunan mahnıdı. Teymur özü bu haqda “instaqram”da paylaşım edib: “15 yaşım olanda “Queen” və Aygün Kazımovanın fanatı idim. Yaxşı miksdi. Nə vaxt bu mahnıya qulaq assam, nostalgiyaya qapılıram”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR