Sizin reklam burada

AFFA yeni çempionat keçirəcək

Baxış Sayı:431


AFFA ilk dəfə premier-liqada, birinci divizionda, Region Liqasında, qadınlar arasında yüksək liqada, çimərlik futbolu və futzal üzrə, əlillərdən ibarət komandalar arasında keçirilən turnirlərdə iştirak edən komandaları e-futbol liqasına çağırır. Assosiasiyanın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək çempionat sözün əsl mənasında futbolu real həyatdan virtuala daşımağı bacaranlar üçündü. Bu çağırış PES2020-də rəqib tanımayan, klubunun e-Milli Liqada təmsil olunmasını istəyənlər üçündü. Aprelin 25-dən mayın 15-dək komandanızı qeydiyyatdan keçirin, mayın 25-də keçiriləcək e-Milli Liqada futbolun təkcə yaşıl meydanlarda yox, kiber dünyada da necə oynanıldığını hər kəsə göstərin. Futbol üzrə kiber çempionat PES2020 qaydaları əsasında təşkil olunacaq. Turnirdə iştirak edəcək komandaların oyun konsolları və hesabları isə təmsil etdikləri klublar tərəfindən təmin olunmalıdı.
Hər komandanın heyəti klub tərəfindən müəyyənləşdirilmiş, 18 yaşı tamam olmuş 2 nəfərdən ibarət olacaq. Hər komanda qalibi müəyyənləşdirəcək 2 oyun keçirəcək. Hər mövsüm iki turnirdən ibarət olacaq və hər bir turnir 3 ay davam edəcək. Oyunun qaydaları haqda ətraflı məlumatı www.eml.az saytından əldə edə bilərsiz.
Kiber futbol həvəskarları, bu turnirdə sizə də yer olacaq. İlk mövsümdə peşəkar futbol klublarını təmsil edən komandalar yarışarkən, artıq ikinci mövsümdə siz də komandanızla (iki nəfərlik heyətlə) birlikdə e-Milli Liqada bacarığınızı göstərə biləcəksiz.
Mükafatlara gəlincə, birinci yerin sahibinə e-Milli Liqanın kuboku təqdim olunacaq, həmçinin qalib e-Milli Komandada iştirak şansı qazanacaq. İkinci və üçün yerin sahiblərinə isə təşkilatçılar tərəfindən müxtəlif dəyərli hədiyyələr təqdim olunacaq. Qeyd edək ki, pul mükafatları oyunçunun liqa zamanı toplayacağı xallarının x100 manat mislinə (1-ci yer üçün); x50 manat mislinə (2-ci yer üçün) və x20 manat mislinə (3-cü yer üçün) bərabərdi. Turnir ərzində ən yaxşı nəticə göstərən 6 oyunçunun beynəlxalq kiber çempionatlarda iştirakı təmin olunacaq. Eyni zamanda, Avropanın ən məşhur futbol klublarını təmsil edən kiber komandalar ilə yoldaşlıq görüşləri unudulmaz təcrübə olacaq.
Turnirin rəsmi yayın tərəfdaşı “CBC Sport” telekanalı, media tərəfdaşı isə “Offside” portalıdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR